Küləyə təsir edən qüvvələr


Küləklə əlaqəli təhlükəli hava hadisələri



Yüklə 1,79 Mb.
səhifə8/10
tarix31.12.2021
ölçüsü1,79 Mb.
#112903
1   2   3   4   5   6   7   8   9   10
Kuleye tesir eden quvveler

Küləklə əlaqəli təhlükəli hava hadisələri

Qasırğa zamanı küləyin sürəti kəskin olaraq 20m/san-dək və daha çox artır. Küləyin güclənməsi bir neçə dəqiqə davam edir, bəzən isə qısa müddət ərzində təkrarlanır. Küləyin istiqaməti də nisbətən çox və ya az dəyişə bilər.

Qasırğalar əksər hallarda ya yerli konveksiya ya da soyuq cəbhənin topa-yağış (tufanlı) buludlarla əlaqədardır. Birinci halda onlar kütlədaxili, ikinci halda isə cəbhə qasırğaları adlanır.

Atmosfer stratifikasiyasının yüksək dayanıqsızlığı şəraitində adi tufan qasırğasından əlavə siklona bənzər, lakin kiçik ölçülü şaquli oxlu xüsusi burulğanlar yaranır. İri burulğanlar dəniz üzərində xortum, quru üzərində isə tromb adlandırılırlar. Şimali Amerikada tromblar tornado adlanır. Adətən burulğan tufan buludlarının ön hissəsində yaranır və yuxarıdan düz yer səthinə qədər çatır. Xortumda burulğanın diametri onlarca metrdir, tromblarda isə 100-200 m, amerikan tornadosunda daha da böyük olur. Burulğan buludla birgə çox vaxt 30-40 km/saat sürətlə hərəkət edir. Xortumun mövcudluğu dəqiqələrlə, trombların on dəqiqələrlə, bəzən saatlarla ölçülür. Bu vaxt ərzində burulğan dəniz üzərində bir neçə km, quru üzərində isə onlarla, bəzən isə yüzlərlə km irəliləyir. Burulğandakı atmosfer təzyiqi çox aşağıdır. Hava burulğan oxu ətrafında fırlanaraq eyni zamanda yuxarıya qalxır. Tromblarda küləyin sürəti 50-100m/san-dək ola bilər. Xortumun dağıdıcı gücü daha azdır. Tromb tufan, leysan yağış, dolu ilə müşayiət olunur.



Külək sürüşməsi


Yüklə 1,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin