3.2. Mehmangöl.
Mehmangöl Kür çayının sağ sahilində( çay dərəsindən iki kilometir məsafədə ), Ağcabədi və Beyləqan rayonları ərazisində yerləşir. Sahəsi 12 km2-ə qədərdir. Uzunluğu 8 km, maksimal eni 4km-dir. Ərafı bataqlıq və qamış bitkiləri ilə örtülmüşdür .
Mehmangöl əsasən Xaçınçay və Kürün suyu hesabına doldurulur. Balıqçılıqda mühim əhəmiyyət kəsb edir. Əraf sahələrdə tərəvəz bostan bitkilərinin becərilməsində istifadə edilir.
3.3.Hacıqabulgöl.
Azərbaycandakı başqa düzənlik göllərinin əksəriyyətindən fərqli olaraq, bu göldə qamışlıq bitkiləri zəif inkişaf edib. Lakin ətrafdakı dayaz sulu çaylar və nohurlar bu çatışmazlığın əvəzini artıqlaması ilə çıxır.
Hacıqabul gölü köçəri quşların miqrasiyası dövründə onların müvəqqəti istirahəti və bataqlıqda yaşayan su quşlarının, o cümlədən, nəsli kəsilməkdə olan növlərin yuva qurmaları çox əlverişli şəraitə malikdir. Göldəki su durğundur və qışda donmur. Şirvan Elektrik Stansiyasının ilıq suları da bu gölə tökülür.
Dərinliyi 5 metr, suyu ilıq olan bu göldə mamırların və onurğasızların bol olması quşlar üçün bol yem bazası yaradır. Gölün forma etibarilə oval şəklində olması sayəsində onun sahilindən ortasına qədər məsafəni böyük edir. Bu isə quşların özlərini qoruya bilməsi üçün mühüm şərait yaradır.
Göldə ovçuluq və balıqçılıqla ancaq müvafiq lisenziya ilə məşğul olmaq mümkündür.
Dostları ilə paylaş: |