Kür çökəkliyi göl sistemlərinin formalaşma Xüsusiyyətləri və onların ekohidroloji



Yüklə 1,22 Mb.
səhifə15/16
tarix10.01.2022
ölçüsü1,22 Mb.
#109396
1   ...   8   9   10   11   12   13   14   15   16





Fəsil.4.Kür çökəkliyi göllərinin ekaloji şəraitinə təsir edən antropogen amillər.

Kortəbii proseslər və son illərdə insanın təsərrüfat fəaliyyəti nəticəsində Kür-Araz ovalığı gölləri dəfələrlə dəyişkənliyə məruz qalmışdır. Kür çayı axının 1953-cü ildə istifadəyə verilən mingəçevir su anbarı və çay hövzəsində sonralar yaradılan digər su anbarlar vasitəsilə nizamlanması Kür-Araz ovalığı göllərinin hidroloji rejimini kökündən dəyişdirmişdir. Tarix boyu Kür və Araz çaylarının daşqın suları ilə qidalanan Şilyan, Bostançala, Nəvai, Qarasu, Mahmudçala, Ağçala ,Axar, Gülxana, Suat gölləri qurumuş bataqlığa çevrilmiş Mehman , Ağgöl, Sarısu və Hacıqabul gölləri isə göldən daha çox su anbarı xüsusiyyəti daşımağa başlamışdır. Çayın axımı tənzim edilənə qədər arid Kür-Araz ovalığında göllərin paylanması bütövlüklə Kür-Araz çaylarının su rejimindən asılı olmuşdur. Son minillikdə çaylar


dəfələrlə öz yataqlarını dəyişmiş və yeni çayların yaranmasına şərait yaratmışdır. Baş verən bu dəyişikliklər yeni göllərin yaranmasına və mövcud göllərin tədricən məhv olmasına səbəb olmuşdur. Quru iqlimi , müxtəlif epidemik xəstəlikləri və yoldan xeyli aralı yerləşməsi ilə fərqlənən Kür-Araz ovalığının mərkəzi hissəsindəki bu göllər son vaxtlara qədər zəif öyrənilmişdir. Aparılmış tədqiqatlara əsasən ixtioloji və hidrobioloji məsələləri əhatə edirdi . Burada ilk hidroloji və geoekoloji tədqiqatları 1975-1977-ci illərdə Ş.B. Xəlilov və V.Ə.Məmmədov aparmışlar. Onlar 80-ci illərdə bu tədqiqatı davam etdirmişlər. Aparılan tədqiqatlar müəyyən etmişdir ki , Ağgöl, Mehman və Sarısu göllərinə Kürün daşqın suları yalnız son dərəcə çox sulu illərdə daxil ola bilir. Həmin göllər qayıdan sular və yağış suları hesabına mövcuddur. Hacıqabul gölünə isə su nasos vasitəsi ilə Kürdən verilir.
Kür çayının axımı nizamlanana qədər göllərdə suyun səviyyəsi böyük hüdudda tərəddüd etdiyi halda , hazırda əsasən 0,5-0,9 m təşkil edir. Suyun sarı- qəhvəyi rəngdə olması onda orqanik maddələrin çoxluğu və su mübadiləsinin zəifliyi ilə əlaqədardır. Axım tənzim olunana qədər göl sularının duzluluğu Kür suyunun minerallığından çox az fərqlənirdi . Hazırda Ağ göldə suyun minerallığı 4,5-13q/l arasında dəyişir. Yaz-yay aylarında gölə daxil olan kollektor- drenaj sularının miqdarının artığına və onun səthində buxarlanma daha intensiv getdiyinə görə suyun minerllığı sürətlə artır və yayın sonunda maksimuma çatır. Suda olan ionların xüsusilə sulfat ionlarının , natrium və kalium ionlarının miqdarında da belə bir qanunauyğunluq müşahidə edilir. Buna səbəb suvarılan sahələrdə tətbiq edilən natrium və kalium gübrələri duzlarının kollektor-drenaj suları vasitəsilə gölə gətirilməsidir. Sarısu gölü əsas etibarıilə Bozqobu və Şərbətqobu yarğanları ilə Ağ göldən daxil olan sularla qidalandığından burada da belə bir qanunauyğunluq mövcuddur. Sarısu gölündə suyun minerallığı 2,4-5,0 q/l, Mehman gölündə - 1,0-2,0 q/l , Hacıqabul gölündə isə 1,6-9,5 q/l təçkil etmişdir. Çayın axımı tənzimlənənə qədər daşqın suları vasitəsi ilə göllərə külli miqdarda gətirmələr daxil olur və onların çalaları sürətlə dolurdu hazırda Sarısu və Ağgölün çalaların formalaşmasında su bitkiləri daha böyük rol oynayır.

4.1.Kür çökəkliyi göllərinin ekocoğrafi gərginliyinə görə diferensasiyası.


Mingəçevir anbarı istifadəyə verilənə qədər daşqın suları birbaşa Kür çayına daha yaxın yerləşmiş Hacıqabul gölünə axırdı. Gölə gətirilən sülb maddələr bütövlükdə burada çökür və yalnız Kürdə səviyyə aşağı düşdükdən sonra əks istiqamətdə axın başlayırdı. Göldə dib çöküntülərinin qalınlığı hər yerdə 1m-dən artıqdır və onların ümumi həcmi 9 mln m3-dən çoxdur. Beləliklə mövcud olduğu müddət ərzində lillənmə və bitki kütləsinin toplanması hesabına Hacıqabul gölü öz həcminin 40%-ni itirmişdir.
Müasir dövürdə Ağ gölə Kür çayının daşqın suları daxil olmadığına görə onun çalasının formalaşması başlıca olaraq su bitkilərinin qalıqları hesabına gedir, Sarısu gölünə isə yalnız son dərəcə çox sulu illərdə çay gətirmələri daxil ola bilir. Ağ göldə dib çöküntülərinin qalınlığı 30-40 sm arasında dəyişir və ümumi həcmi 20 mln m3 təşkil edir . Bu o deməkdir ki lillənmə və bitki qalıqlarının toplanması hesabına gölün həcmi 30% azlmışdır . Aö göl, Sarısu, Mehman və Hacıqabul göllərinin böyük təsərrüfat əhəmiyyəti olmuşdur . Sıx torla tutulan balıqçılıq tarixində onlar azərbaycanın ən zəngin gölləri olmuşlar. Təkcə 1940-cı ildə Hacıqabul gölündən 8858 setner , Sarısu gölündən isə 6700sentner balıq ovlanmışdır. Lakin Kür çayı axımının tənzim edilməsi onların su rejimini tamamilə dəyişmiş onlar dayazlaşmış, duzlaşmış və nəticədə bioloji rejimləri büsbütün korlanmışdır.
Göllərin balıqçılıq əhəmiyyətini bərpa etmək məqsədilə layihə inistutları hələ 1966-1968-ci illərdə 1onlara Kür çayından su verilməsi layihələrini işləyib hazırlamışlar. Bu lahiyələr həyata keçirilərsə Sarısu gölünün su aynası 118km2-ə, həcmi isə 142mln m3-ə çatacaqdır. Ağ göl və Mehman göllərinə Kürdən götürüləcək suyun miqdarı 8m3/san təşkil etməlidir. Göllərin Kür çayı ilə əlaqəsinin bərpa edilməsi onlarda suyun duzluluğunun olduqca aşağı düşməsinə , okigen rejimi və ekaloji şəraitin balıqçılığın inkişafı üçün tamamilə əlverişli olmasına imkan yaradacaqdır. Həm də keçən bu müddət ərzində onlar müəyyən qədər köhnəldiyindən yenidən işlənməlidir. Burada balıq təsərrüfatı ilə yanaşı su təsərrüfatı və bazar iqtisadiyyatına keçid dövrünün tələblərinə və bütün Kür-Araz ovalığında ekaloji şəraitin yaxşılaşdırılmasına yönəldilən tədbirlərə xüsusi diqqət yetirilməlidir.

Nəticə.
Kür çökəkliyi Azərbaycan Respublikası ərazisinin mərkəzi hissəsini tutur. Relyefi əsasən, geniş düzənlik və ön dağlıqlardan ibarətdir. Böyük və Kiçik Qafqaz dağ sistemləri arasında yerləşən bu çökəkliyin əsas oroqrafiya vahidi cənubi Qafqazın ən böyük düzənliyi olan Kür-Araz ovalığıdır. Ovalıq Kür və Araz çayları vasitəsilə Mil-Qarabağ, Şirvan, Muğan-Salyan düzlərinə bölünür. Ovalığın şərq və mərkəzi hissələri okean səviyyəsindən 28 m-dək aşağıdadır. Dağətəyi sahələrdə hündürlüyü 100-250 m, bəzi yerlərdə 400-500 m-ə çatır. Kür-Araz ovalığından şimal-qərbdə Kür çayının sağ sahili boyunca Gəncə-Qazax, cənub-qərbdə isə Araz çayının sol sahili boyunca Aşağı Arazboyu maili düzənlikləri uzanır. Gəncə-Qazax düzənliyi və Kür-Araz ovalığından şimalda Ceyrançöl, Acınohur, Ləngəbiz-ələt ön dağlıqları yərləşir. Azərbaycanda 250-ə qədər göl mövcuddur. Lakin bu göllərin əksəriyyətinin su aynasının sahəsi 0,1 km2-dan azdır.Sahəsi 1 km2-dən artıq olan göllərin sayı 25-dir. Onların ən çox cəmləndiyi ərazilər Abşeron yarımadası, Kür çökəkliyi, Kiçik Qafqazın yüksək qismən də ortadağlıq əraziləridir. Kür çökəkliyi gölləri çay dərə mənşəli göllərdir. Bu göllər müasir dövürdə antropogen təsirlərə məruz qalaraq dəyişmişdir. Belə ki Azərbaycanın sahəcə ən böyük gölləri Sarısu, Ağ göl və.s. göstərmək olar. Həmçinin bu göllər kənd təsərrüfat əhəmiyyəti olduqca böyükdür. Əsasən suvarılmada, balıqçılıqda daha çox istifadə edilir. Kür çökəkliyi gölləri başlıca olaraq aşagıdakılardır:
Sarısu, Mehman göl, Ağ göl, Hacıqabul göl və s kimi gölləri mövcuddur.
Bu göllərin Kür çayı ilə əlaqəsinin bərpa edilməsindən sonra göllərin mineral tərkibi, duzluluğu olduqca aşağı düşməsinə , oksigen rejimi və ekaloji şəraitin və balıqçılığın inkişafı üçün tamamilə əlverişli olmasına imkan yaradacaqdır.


Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin