Şagirdlərdən tələb olunan bacarıqları və onların qiymətləndirilməsi mexanizmini təsvir edir. Şagird irəliləyişlərinin qiymətləndirilməsi üçün etibarlı məlumat bazası rolunu oynayır. Təlim nailiyyətləri barədə şagirdlərə, valideynlərə və maraqlı tərəflərə məlumat verilməsi təmin olunur.
Qiymətləndirmə sxemləri qiymətləndirmənin
daha ədalətli,
obyektiv, etibarlı və ardıcıl həyata
keçirilməsinə imkan verir, tədrisin səmərəliliyi ilə bağlı müəllimləri faydalı məlumatlarla
təmin edir və tələb edir ki, hər bir müəllim müvafiq şərtlər üzrə öz meyarlarını müəyyənləşdirsin. Qiymətləndirmə sxemləri şagirdin işini qiymətləndirmək üçün müəllimin sərf etdiyi vaxtı azaldır, keyfiyyət səviyyələri vasitəsilə müxtəlif qabiliyyətə malik şagirdlərin təhsil aldığı sinifləri nəzərə almağa şərait yaradır.
Dostları ilə paylaş: