MÖVZU 1: ÜMUMTƏHSİL PİLLƏSİNİN DÖVLƏT STANDARTLARI VƏ PROQRAMLARI PLAN: Prtoqtresisim nədir
Prennializm nədir
Eksistensializm nədir
Proqressivizm Proqressivizm tərəfdarları hesab edirlər ki, təhsil məzmuna böyük əhəmiyyət verməlidir. Eləcə də diqqət mərkəzində daha çox uşaq olmalıdır. Bu təhsil fəlsəfəsinin tərəfdarları hesab edirlər ki, şagirdlər ideyaları fəal təcrübə yolu ilə sınaqdan çıxarmalıdırlar. Təcrübə zamanı yaranan suallara cavab axtaran zaman təlim daha çox əhəmiyyət kəsb edir. Bu passiv olmayan, fəal təlimdir. Öyrənən özünün fərdi təcrübəsində fiziki və mədəni kontekstdən məna çıxarır və problemi həll edir. Yaradıcı müəllimlər şagirdlər üçün elə bir təcrübə mühiti yaradırlar ki, şagirdlər təcrübə keçə-keçə öyrənirlər. Kurikulumun məzmununa şagirdlərin maraq və sualları əsasında tərtib edilir. Elmi metoddan proqressivist pedaqoqlar istifadə edirlər ki, şagirdlər müəyyən məsələ və hadisələri sistematik və qısa müddətə öyrənirlər.Əsas diqqət bu prosesin necə aparılması üzərində cəmləşir. Proqressiv təhsil fəlsəfəsi Amerikada 1920-ci ilin ortalarından başlayaraq, 1950-ci ilin ortalarına qədər yaradılmışdır. Con Dyu onun əsas tərəfdarlarından idi. Bu təhsil fəlsəfəsinin əsas prinsipi ondan ibarət idi ki, məktəblərdə azadlıq və demokratiyanı təcrübədən keçirməklə, vətəndaşların həyatlarını yaxşılaşdırmalıdır. Qərar verərkən fikirlərin paylaşması, şagird-müəllim münasibətlərinin planlaşdırılması, şagirdlərin seçdikləri mövzular bu fəlsəfi cərəyanın aspektlərini əhatə edir. Kitablar səlahiyyətdən daha çox vasitələrdir.