nəzarətdə obyektivlik gözlənilməli, xeyirxahlıq hökm sürməlidir;
nəzarət müntəzəm aparılmalıdır;
nəzarətdə aşkarlıq olmalıdır;
nəzarət hərtərəfli aparılmalıdır;
nəzarət zamanı pedaqoji etika gözlənilməlidir.
Cari nəzarət hər bir dərsdə, ayrıca götürülmüş bir mövzunun tədrisi zamanı həyata keçirilir.
Tematik nəzarət bir neçə saata tədris olunan iri mövzular üzrə bilik və bacarıqların şagirdlər tərəfindən nə dərəcədə mənimsənildiyini aydınlaşdırmaq üçün tətbiq edilir.
Dövrü nəzarət. Tədris rübünün sonunda fənn üzrə keçilmiş mövzulara dair bilik və bacarıqların səviyyəsini müəyyən etmək üşün tətbiq olunur.
Yekun nəzarəti, adətən, tədris ilinin sonunda təşkil edilir. Fənnin hissələri, bölmələri və mövzuları arasında daxili əlaqələrin şagirdlər tərəfindən nə dərəcədə şüurlu anlaşıldığını müəyyən etmək məqsədi daşıyır.