Kurs: I fənn: Pedaqogika


Elmi pedaqogikada tərbiyə üsullarını bu cür qruplaşdırmaq daha məqbul hesab edilir



Yüklə 298,36 Kb.
səhifə141/242
tarix10.01.2022
ölçüsü298,36 Kb.
#107538
növüMühazirə
1   ...   137   138   139   140   141   142   143   144   ...   242
Elmi pedaqogikada tərbiyə üsullarını bu cür qruplaşdırmaq daha məqbul hesab edilir:

  • şüurun və əqidənin formalaşmasına xidmət edən üsullar;

  • fəaliyyətin təşkilinə və davranış təcrübəsinin formalaşmasına xidmət edən üsullar;

  • fəaliyyət və davranışın stimullaşdırılması üsulları.


II Şüurun və əqidənin formalaşmasına xidmət edən üsullar.

  • Şüurun və əqidənin formalaşmasına xidmət edən üsullar dedikdə - davranış tələblərinin nədən ibarət olmasını izah etmək, onların zəruriliyinə uşağı inandırmaq, bu haqda onda əqidə yaratmaq üçün istifadə edilən yol və vasitələr başa düşülür.

  • Müasir elmi pedaqogikada şüurun və əqidənin formalaşmasının əhəmiyyəti nəzəri baxımından kifayət qədər izah edilsə də tərbiyə prosesində praktik olaraq bu üsullardan istifadə çox zəifdir. Müəllim və tərbiyəçilər, bəzən hətta valideynlər də, adətən, tərbiyəvi təsir üçün stimullaşdırıcı üsullardan istifadəyə daha çox üstünlük verirlər. Halbuki, xüsusilə ibtidai siniflərdə cəzalandırmadan mümkün qədər az istifadə edilməlidir.

Yadda saxlanılmalıdır ki, rəğbətləndirmə və cəza, əksər hallarda, müəyyən əxlaqi hərəkətin, tərbiyəvi tədbirin konkret bir hal üçün həyata keçirilməsindən ötrü tətbiq edilir. Hər hansı hərəkəti yalnız cəzalandırma, yaxud rəğbətləndirmə tədbirinin bilavasitə təsiri nəticəsində yerinə yetirən uşaq həmin hərəkəti etməyə niyə icazə verilib-verilmədiyinin əsl mahiyyətini dərk etmədiyindən gələcəkdə oxşar situasiyada yenə də ona nəzarət zəruri olur. Yəni uşaq hər dəfə rəğbətləndirmə və ya cəza gözləyir.

Eyni davranış hadisəsi barədə uşaqda əxlaqi şüur formalaşdıqda isə, mahiyyət dərk olunduğundan həmin hərəkətin icrasına artıq tərbiyəçi tərəfindən xüsusi nəzarət tələb olunmur. Uşaq həmin tələbə yerinə yetirməyə borclu olduğu bir şey kimi baxır.

Bütövlükdə tərbiyə prosesində olduğu kimi, bu problemin həllinin də ən düzgün yolunun xalqın pedaqoji təcrübəsində olduğuna əsaslanaraq, əxlaqi şüurun və əqidənin formalaşması üsulunun etnopedaqoji mahiyyətini tamamilə elmi pedaqogikaya da şamil etmək olar.


Yüklə 298,36 Kb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   242




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin