İctimai-faydalı əmək – şagirdlərin əmək tərbiyəsi sisteminin əsasını təşkil edir. İctimai-faydalı əmək –təmənnasız, ictimai əhəmiyyət daşıyan, məqsədyönlü, planlı, şüurlu, könüllü fəaliyyətdir.
İctimai-faydalı əmək prosesində şagirdlərdə aşağıdakı şəxsi keyfiyyətlər formalaşır:
xeyirxahlıq;
təmənnasız yardım;
həmrəylik;
ictimai məsuliyyət;
yaradıcı fəallıq və müstəqillik;
başqalarının əməyinə hörmət;
mütəşəkkillik;
vətəndaşlıq hissi və s.
Əmək tərbiyəsi zamanı gözlənilməli olan pedaqoji şərtlər:
əmək tərbiyəsinə lap kiçik yaşlarından başlanılmalıdır;
uşaqların əmək fəaliyyəti ictimai və əxlaqi mahiyyət daşımalıdır;
əmək mümkün çətinlik dərəcəsinə malik olmalı, uşaqlar var gücü ilə işləməyə sövq edilməlidirlər;
əməyə nəzarət pedaqoji ustalıqla aparılmalı, şagirdlərdə öz qüvvələrinə inam yaratmaqla müşayiət olunmalıdır;
əmək şagirdlərin yaşına və psixoloji xüsusiyyətlərinə uyğun olmalıdır;
əmək növləri tez-tez dəyişilməli, əmək, mütləq, istirahətlə növbələşməlidir;
əmək həm də şagirdlərin təlim məqsədlərinə xidmət etməlidir;
əməyin təşkili zamanı dəqiq təlimatdan istifadə edilməli, nəticələr hesaba alınıb, əmək növündən asılı olaraq qiymətləndirilməlidir.