Dərsdənkənar işlərin əsas məqsədi - həyat üçün zəruri olan sosial təcrübənin mənimsənilməsi və şagirdlərdə cəmiyyət tərəfindən qəbul edilən dəyərlər sisteminin formalaşdırılmasıdır.
II Dərsdənkənar işlərin vəzifələri və təsnifatı.
Dərsdənkənar işlərin vəzifələri.
Dərsdənkənar işlərin aşağıdakı əsas vəzifələri vardır:
Şagirdlərin təhsil və ideya-siyasi dünyagörüşünün genişləndirilməsi və dərinləşdirilməsi, onların mənəvi tələbatlarının, idrakı və mədəni maraqlarının inkişaf etdirilməsi;
Şagirdlərin ictimai-siyasi fəallığını və özfəaliyyətini inkişaf etdirmək, onları mümkün qədər ictimai həyatda iştirak etməyə cəlb etmək;
Şagirdlərin elm və mədəniyyətin müxtəlif sahələrindəki qabiliyyətlərini üzə çıxarmaq və inkişaf etdirmək;
Şagirdləri boş vaxtlarını mədəni və məqsədəmüvafiq keçirməyə, idman və sağlamlıq işlərində iştirak etməyə alışdırmaq.