Pedaqoji şuranın vəzifələri:
məktəbin illik və perspektiv fəaliyyət planlarının təsdiqi;
illik və yarımillik hesabatların müzakirəsi;
fənlərin tədrisi vəziyyətinə dair monitorinqlərin təhlili;
pedaqoji innovasiyalar və qabaqcıl təcrübələrin tətbiqi, təhsilin keyfiyyətinin yaxşılaşdırılması və idarəetmənin təkmilləşdirilməsi;
istedadlı şagirdlərlə işin təşkili;
dərs bölgüsünün təsdiqi, dərsdənkənar məşğələlərin təşkili, dərnək, klub, studiya və s. şagird biliklərinin fəaliyyəti;
şagird kollektivinin sabitliyi, icbari təhsilin vəziyyəti;
metodik şura və fənn komissiyalarının fəaliyyəti;
şagirdlərin sinifdən-sinfə keçirilməsi, imtahana buraxılması, təkrar sinifdə, habelə payız imtahanlarına saxlanılması, yay tədris tapşırığı almsı;
buraxılış imtahanlarıın nəticələri, məzunlara təhsil sənədinin verilməsi və s.
Adətən tədris ili müddətində beş pedaqoji şura keçirilir. Be-şinci pedaqoji şura tədris ilinin axırında üç iclasda keçirilir:
1) imtahanlara buraxılış;
2) imtahanların gеdişi;
3) buraxılış imtahanlarının yekunları
Dostları ilə paylaş: |