Kurs: I fənn: Pedaqogika



Yüklə 298,36 Kb.
səhifə233/242
tarix10.01.2022
ölçüsü298,36 Kb.
#107538
növüMühazirə
1   ...   229   230   231   232   233   234   235   236   ...   242
Metodik işin vəzifələri:

  • təlim məşğələlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması, metodikasının təkmilləşdirilməsi;

  • təhsil prosesinin təşkilinin və təmin edilməsinin təkmilləşdirilməsi.

  • İbtidai siniflərdə ən azı üç nəfər müəllim olduqda sinif metodbirləşmələri yaradılır. Müəllimlərin sayı üç nəfərdən az olduqda ibtidai siniflər üçün bir metodbirləşmə təşkil olunur.

V-XI siniflərdə fənn metodbirləşmələri, komissiyaları ixtisasca eyni olan müəllimləri əhatə edir. Eyni fənn üzrə müəllimlərin sayı üç nəfərdən az olduqda metodbirləşmə ixtisasca yaxın olan müəllimləri birləşdirir. Məsələn, fizika-riyaziyyat, dil-ədəbiyyat və s.

Metodbirləşmənin hər birinin tərkibi maksimum 3-5 nəfər müəllimdən ibarət olur. Məqsədəuyğun olaraq metodbirləşmələr böyük məktəblərdə və ya 2-3 məktəbin müəllimlərini birləşdirən yerlərdə də yaradıla bilər.

Metodbirləşmələrdə təkcə kiçik məsələlər, yəni ayrı-ayrı mövzuların aydınlaşdırılması deyil, daha iri, aktual məsələlərə də baxılmalıdır. Məsələn, tədris olunan elm sahəsində yeni tədqiqatların yekunları ilə tanış olmaq, işin metodiki priyomları, təlimin texniki vasitələrinin öyrənilməsi, müəllimlərin öz fəaliyyətlərinin nəticələri barədə məruzə və məlumatların dinlənilməsi və s. müzakirə olunmalıdır.

Metodiki işin formalardan biri də elmi-nəzəri konfranslarınpedaqoji oxunun keçirilməsidir. Məktəblərdə adətən, il ərzində bir dəfə belə tədbir həyata keçirilir. Burada müəllimlər qabaqcıl təcrübə ilə tanış olur, fikir mübadiləsi aparılır, konfransa əvvəlcədən hazırlaşırlar.




Yüklə 298,36 Kb.

Dostları ilə paylaş:
1   ...   229   230   231   232   233   234   235   236   ...   242




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin