Şəxsiyyətin inkişafı və formalaşmasında irsiyyət, mühit və tərbiyənin rolu daha bir zəruri amillə - fəallıqla tamamlanmalıdır. Fəallıq aşağıdakı formalarda təzahür edir:
hərəkətlərdə - məhz hərəkətlər insanın həyatını təmin edir, orqanizmi fəaliyyət göstərməyə məcbur edir, onu sağlamlaşdırır və möhkəmlədir;
dünyanı dərk etməkdə - idraki fəallıq öz həyatını müstəqil qurmağın çox vacib şərtidir;
emosiyalarda – uşaqlar şüurlu bacarıq və vərdişlərə yiyələnməmişdən əvvəl, öz fəaliyyətlərində hisslərə daha çox əsaslanırlar.
Uşaq və yeniyetmələrin fəaliyyət növlərini sosial formalarına və istiqamətlərinə görə fərqləndirmək olar.