Yaş dövrü dedikdə - fərdin bir şəxsiyyət kimi müəyyən zaman çərçivəsində anatomik – fizioloji, psixoloji və sosial dəyişmələrlə xarakterizə olunan fiziki və psixi inkişaf səviyyəsi başa düşülür. Uşaqları yaş dövrlərinə bölmək və hər bir yaş dövründə onların xüsusiyyətlərini bilmək, inkişaf prosesini idarə etmək üçün çox əhəmiyyətlidir.
Psixoloji baxımdan yaş dövrlərini bu cür təsnif edirlər:
ilk çağalıq - həyatın ilk 10 günü;
südəmərlik - 10 gün – 1 yaş;
erkən uşaqlıq - 1-2 yaşlar;
ilk uşaqlıq - 3-7 yaşlar;
ikinci uşaqlıq - 8-12 yaş – oğlanlar
8-11 yaş – qızlar;
yeniyetməlik - 13-16 yaş – oğlanlar
12-15 yaş – qızlar;
gənclik - 17-21 yaşlar – oğlanlar
16-20 yaşlar – qızlar;
birinci orta yaş - 22-35 yaşlar – kişilər
21-35 yaşlar – qadınlar;
ikinci orta yaş - 36-60 yaşlar – kişilər
36-55 yaşlar – qadınlar;
yaşlı adamlar - 61-75 yaşlar
qocalıq - 75 – 90 yaşlar;
uzunömürlülük - 90 yaşdan yuxarı.
Pedaqoji baxımdan uşaqların yaş dövrlərini bu cür müəyyənləşdirirlər:
çağalıq dövrü - 1 yaşadək
erkən məktəbəqədər yaş dövrü - 1-3 yaşlar
məktəbəqədər yaş dövrü - 3-6 yaşlar
kiçik məktəbyaşı dövrü - 6-10 yaşlar
orta məktəbyaşı dövrü - 10-15 yaşlar
böyük məktəbyaşı dövrü - 15-17 yaşlar
Azərbaycan xalq pedaqogikasında insanın bütün həyatını əhatə edən yaş bölgüsü mövcuddur: