II Məktəbəqədər yaşlı uşaqların inkişaf xüsusiyyətləri.
Məktəbəqədər yaş dövrünü üç yerə bölmək olar:
kiçik məktəbəqədər yaş dövrü - 3-4 yaşlar;
orta məktəbəqədər yaş dövrü - 4-5 yaşlar;
böyük məktəbəqədər yaş dövrü - 5-6 yaşlar.
Bu dövrün xüsusiyyətlərini ətraflı öyrənmək üçün üç yaşına qədər uşaqların psixofizioloji xüsusiyyətlərinə nəzər salaq:
Çağalıq dövründə inkişaf nəticəsində qazanılmış nailiyyətləri bu cür ümumiləşdirmək olar.
böyüklərlə ünsiyyətin və oyuncaqlarla təmasın ilkin əlamətləri yaranır;
ilk sosial emosiyalar və fəallığın ilkin əlamətləri, ünsiyyətə canatma meylləri yaranır;
əşyalar haqqında ilkin təsəvvürlər formalaşır;
hafizə və təfəkkürün sadə əlamətləri özünü göstərir;
passiv və aktiv nitqə yiyələnmə səyləri möhkəmlənir.
Normal çağa, adətən 3,2-3,5 kq çəkiyə malik, bədənin uzunluğu, təxminən, 50 sm. olur. Bir yaşın sonunda çəkisi 10-11 kq, bədən uzunluğu 75 sm. olur. Çağanın beyni 380-390 qr. 1 yaşda uşağın beyni 780-800 qr. olur.
1-3 yaşlarında uşaqların inkişaf xüsusiyyətləri bunlardır:
fiziki və psixi inkişaf sürətinin artması;
böyüklərlə ünsiyyətin inkişafı və yaşıdlar arasında ünsiyyətin yaranması;
oyun və məhsuldar əməyin ilk ünsürlərinin meydana çıxması;
təfəkkürün əyani-əməli və əyani-obrazlı formalarına yiyələnmə;
təxəyyülün meydana gəlməsi;
fəal nitqə yiyələnmə;
şəxsi arzu və istək yaranması;
özünütəsdiqin ilk ünsürlərinin, “mən” “özüm” şüurunun yaranması.