Təhsil – bəşəriyyətin hazırlamış olduğu mədəni irsi cəmiyyət tərəfindən müəyyən edilmiş səviyyədə mənimsəmək və buna uyğun fərdi inkişafa malik olmaqdır
Təhsil – bəşəriyyətin hazırlamış olduğu mədəni irsi cəmiyyət tərəfindən müəyyən edilmiş səviyyədə mənimsəmək və buna uyğun fərdi inkişafa malik olmaqdır.
Pedaqoji proseslə onun tərkib hissələri arasında olan nisbəti də, təxminən, bu cür ifadə etmək olar:
Təlim - yalnız pedaqoji proses çərçivəsində müəyyən müddətdə baş verənmütəşəkkil prosesdir. Düzgün təşkil edildikdə tərbiyəvi məqsədlərin həyata keçməsinə, həmçinin fərdi və ümumi inkişafa səbəb olur. Proses boyu mərhələlərlə, prosesin sonunda isə tam olaraq təhsil səviyyəsinə yiyələnməyi təmin edir.
Tərbiyə - adətən, pedaqoji prosesdə və təxminən eyni nisbətdə ondan kənarda baş verən, əsasən mütəşəkkil, ömür boyu davam edən prosesdir. Düzgün təşkil edildikdə təlimin səmərəliliyinə, təhsil məqsədlərinin həyata keçi-rilməsinə və fərdi inkişafa səbəb olur.
Təhsil – daha çox pedaqoji proses çərçivəsində, müəyyən ölçüdə isə ondan kənarda bəşəriyyətin hazırlamış olduğu mədəni irsi mənimsəmə səviyyəsidir. Bu mənim-səmə həm də təlim və tərbiyə proseslərində həyata keçirilsə də, təhsil pedaqoji prosesin bitmiş nəticələri ilə müəyyən olunur. Təhsil eyni zamanda fərdi və ümumi inkişafın da göstəricisidir.