Fərdi və ümumi inkişaf daha çox pedaqoji prosesin nəticələrini ehtiva edən kateqoriyadır. Fərdi və ümumi inkişaf son nəticədə pedaqoji prosesin və beləliklə də təlim, tərbiyə və təhsilin səmərəsini artırmağa və səviyyəsini yüksəltməyə səbəb ola bilir.
Pedaqogikada bu əsas anlayışlarla bərabər “pedaqoji sistemlər”, “pedaqoji təfəkkür”, “təlim-tərbiyənin prinsipləri, vasitələri, metodları, formaları”, “pedaqoji ünsiyyət”, “pedaqoji mədəniyyət” kimi anlayışlar; ümumi elmi terminlər: məsələn, hipoteza (fərziyyə), “eksperiment”, “sistem”, “sistemli yanaşma”, “quruluş”, “funksiya” və s.; başqa elmlərdən götürülmüş anlayışlar: idarəetmə, rəhbərlik, informasiya, əks-əlaqə, optimallaşdırma, ustalıq, mədəniyyət və s. də işlənir.
|