Bu üsulun tətbiqi zamanı müxtəlif problem-şəraitlər, əyləncəli situasiyalar yaratmaqla şagirdlərə çıxış yolunu tapmaq təklif olunur. Bu üsula bəzən “qaydalı oyunlar” da deyilir.
IV Dərslik və kitab üzərində müstəqil iş.
Müəllimin təlim tapşırığını şagirdin əqli və əməli fəaliyyət göstərərək, bunun üçün xüsusi olaraq ayrılmış vaxtda, bilavasitə kömək olmadan yerinə yetirməsinə şagirdlərin müstəqil işləri deyilir. Müstəqil işlərin əlamətləri:
I Təlimin harada, şagirdlərin nə kimi tərkibi ilə və necə təşkili təlimin təşkilat formalarını müəyyən edir.
Təlimin təşkilat formaları müəyyən tarixi inkişaf yolu keçmiş təlim növlərinə əsaslanır.
Doğmatik təlim zamanı real aləm, fakt və hadisələr, onlar arasındakı əlaqə və asılılıqlar dəyişməz qaydalar – doğmalar kimi təqdim olunur, şagirdlər bu materialı olduğu kimi yadda saxlayıb, təkrarlayırlar.