Kurs: I fənn: Pedaqogika


II Nəzarətin tərkib hissələri



Yüklə 298,36 Kb.
səhifə105/242
tarix10.01.2022
ölçüsü298,36 Kb.
#107538
növüMühazirə
1   ...   101   102   103   104   105   106   107   108   ...   242
II Nəzarətin tərkib hissələri.

  • Nəzarətin tərkib hissələrinə yoxlama və qiymətləndirmə daxildir.

  • Yoxlama - şagirdlərin təlim fəaliyyətinin, onların yaradıcılıq qüvvə və qabiliyyətlərinin üzə çıxarılması, müəyyən göstəricilər baxımından "ölçülməsi"dir. Yoxlamasız heç bir idarəetmə, heç bir rəhbərlik mümkün deyildir.

  • Yoxlamanın iki tipi vardır:

  • müəllim-şagird xətti ilə (bunu xarici əks - əlaqə adlandırılar);

  • şagirdin özünüyoxlaması (bunu daxili əks-əlaqə adlandırılar).

Yoxlamanın məzmunu hər bir konkret dərsin və eləcə də təlim fənninin qarşıya qoyduğu didaktik məqsədlərlə müəyyən edilir. Didaktik məqsədlərin dəyişməsi ilə əlaqədar olaraq yoxlamanın məzmunu da dəyişir.

Yeni biliklərin qazanılmasına hazırlıq zamanı əsas yeri əvvəllər öyrənilənlərin yadasalınması, fəndaxili və fənlərarası əlaqələrin yaradılması tutur. Burada uşaqların hazırlığının səviyyəsi yoxlanılır. Yəni yenı materialı öyrənmək üçün artıq qazanılmış olan keçmiş biliklər, bacarıq və vərdişlər yoxlanılır;



  • bununla yanaşı, yoxlamanın məzmununa şagirdin əqli, fıkri qabiliyyətlərini müəyyənləşdirməyə imkan verən material da daxil edilməlidir. Buraya həmçinin, təfəkkürün, nitqin inkişaf səviyyəsi haqda material da daxil etmək olar;

  • yoxlamanın məzmunu dərsdə, mövzunun öyrədilməsi, bəhsin və ya kursun öyrənilməsində onun yerindən asılı olaraq dəyişir. Bu səbəbdən də yoxlamanın aşağıdakı növləri vardır:

Cari yoxlama. Bu yoxlama dərs zamanı şagirdlərin gündəlik fəaliyyətini əhatə edir və təlim prosesinə rəhbərlik, onun idarə edilməsi vəzifəsini həyata keçirmiş olur.

Tematik yoxlama. Bu yoxlama tədris proqramında müəyyən bir böyük mövzunun tədrisinə həsr olunmuş dərslər sistemini əhatə edir. Yoxlamanın bu növünün məzmununa şagirdlərin biliklərində əsas anlayışlar sisteminin, öyrənilən fakt və hadisələr arasında əsas əlaqə və asılılıqların müəyyən edilməsi daxildir.


Yüklə 298,36 Kb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   242




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin