Qeyri-formal təhsil – müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayət olunmayan təhsil formasıdır.
Əyani təhsil – tədris planında nəzərdə tutulmuş fənlərin təhsil müəssisəsində təlim məşğələlərinə gündəlik davam etməklə tədrisini təmin edən təhsilalma formasıdır.
Qiyabi təhsil - əyani təhsil formasında nəzərdə tutulmuş məşğələ saatlarının 30-40 %-i həcmində tərtib edilmiş tədris planına əsasən istehsalatdan ayrılmadan təşkil edilən təhsilalma formasıdır.