Distant - məsafədən təhsil – tədris müəssisəsinə gəlmədən, təlimin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunduğu təhsilalma formasıdır.
Sərbəst (eksternat) təhsil – tədris fənlərini təlim məşğələlərində iştirak etmədən müstəqil öyrənməyə və uyğun tədris planı üzrə imtahanların verilməsinə əsaslanan təhsilalma formasıdır.
IV Təhsil sisteminin quruluşu
Təhsil sisteminə aiddir:
bütün təhsil müəssisələri;
təlim-tərbiyə prosesi ilə məşğul olan və təhsil xidmətləri göstərən digər qurumlar;
təhsil fəaliyyətini və onun inkişafını təmin edən elmi-tədqiqat institutları və informasiya mərkəzləri;
təhsil fəaliyyəti ilə bağlı layihə, istehsal, kliniki, ictimai iaşə, tibbi - profilaktik və əczaçılıq strukturları;
idman, istirahət və sağlamlıq kompleksləri;
tədris kampusları;
mədəni-maarif müəssisə və təşkilatları;
təhsili idarəetmə orqanları;
təhsil sahəsində fəaliyyət göstərən qeyri-hökümət təşkilatları, assosiasiyalar, cəmiyyətlər.