- Tərbiyə prosesi insan doğulandan ölənə qədər davam edir. Ona görə də tərbiyə əbədi hadisədir.
- Tərbiyə prosesinə hər şey, hamı təsir göstərir. Ona görə də tərbiyə ümumi hadisədir.
- Cəmiyyətin inkişafı ilə əlaqədar olaraq tərbiyə də inkişaf edir, təkmilləşir, dəyişir. Müxtəlif tarixi dövrlərdə tərbiyənin məz-munu müxtəlif olmuşdur. Ona görə də tərbiyə tarixi hadisədir.
- Hər bir xalqın, millətin özünəməxsus milli tərbiyə xüsusiy-yətləri mövcuddur. Ona görə də tərbiyə milli hadisədir.
- Bəşəriyyətin əldə etdiyi ən yaxşı keyfiyyətləri, gözəl əxlaqı, davranışı insan əxz edir, onları mənimsəyir. Ona görə də tərbiyə bəşəri hadisədir.