İnkişafetdirici funksiya dünyagörüşünün məzmununun mənimsənilməsindəki daxili-mənəvi işin təfəkkürün aktiv fəaliyyətini təmin etməsi ilə bağlıdır.
Təkilati funksiya dünyagörüşünün insanların praktik fəaliyyəti üçün başlanğıc rolunu oynaması ilə həyata keçirilir.
Proqnozlaşdırma funksiyası müasir dövrün elmi-nəzəri və praktik tendensiyalarını cəmiyyətin ümumi qanunları baxımından təhlil edərək gələcək haqqında ideyalar irəli sürməyi həyata keçirir.
II Təlim-tərbiyə prosesində elmi dünyagörüşün formalaşdirilması.
Şəxsiyyətin sosial mühitdə inkişafı, dünyagörüşü şüurunun, hislərin və iradənin üzvi vəhdəti nəticəsində baş verir.
dünyagörüşü şüuru - iradə və hissləri müəyyən edir;
hisslər – şüuru möhkəmləndirir və iradəni stimullaşdırır;
iradə - şüurdan istiqamət alır və hissləri idarə edir.