dözümlülük – ona deyilir ki, nəfs xoşagələn işlər uğrunda öz gücünü işlədib, yorulmaqdan çəkinməsin (dözsün);
təvazö – ona deyilir ki, özünü daha aşağı mövqedə olanlara nisbətən üstün hesab etməyəsən;
həmiyyət – ona deyilir ki, xalqı, ya da qorunması vacib olan başqa şeyləri mühafizə etməkdə laqeydlik göstərməyəsən;
riqqət – ona deyilir ki, başqasının başına gələn bədbəxtlikdən, onun işinə dəxalət etmədən, təəssüflənib mütəəssir olasan.
“İffət” ona deyərlər ki, “şəhvət” qüvvəsi “nitq nəfsinin”, qüvvəsinin ixtiyarında olsun, meylləri onun arzusuna uyğun gəlsin, beləliklə, həm xeyir görsün, fayda götürsün, həm düşkünlük əsarətindən qurtarsın, həm çılğınlıq xidmətindən.