Fiziki tərbiyə - insanın sağlamlığının təmin edilməsinə, fiziki gücünün, bədən elastikliyinin artırılmasına, sağlam həyat tərzi formalaşdırılmasına yönəldilmiş təsirlərin məcmuyu deməkdir.
Fiziki inkişaf dedikdə - müxtəlif təsirlər nəticəsində insanın bədəninin, orqanizminin, əzələ və daxili orqanlarının fiziki baxımdan yaşa uyğun dəyişmələri başa düşülür.
Fiziki mədəniyyət – insanın düzgün fiziki inkişafı üçün malik olduğu bilik, bacarıq və vərdişlərin məcmuyudur.
Fiziki kamillik – müxtəlif yaş dövrləri üçün fiziki inkişafın və fiziki mədəniyyətin ən yüksək səviyyəsi deməkdir.