Kurs: I fənn: Pedaqogika


Ailə tərbiyəsinin əsas vəzifələri bunlardır



Yüklə 298,36 Kb.
səhifə200/242
tarix10.01.2022
ölçüsü298,36 Kb.
#107538
növüMühazirə
1   ...   196   197   198   199   200   201   202   203   ...   242
Ailə tərbiyəsinin əsas vəzifələri bunlardır:

  • uşaqların fiziki tərbiyəsi və sağlamlığı təmin edilməlidir;

  • ailədə uşaqların əmək tərbiyəsinə xüsusi fikir verilməlidir;

  • ailədə uşaqların əxlaq tərbiyəsi həyata keçirilməlidir;

  • ailədə uşaqların estetik tərbiyəsinə fikir verilməlidir.


    III Ailə tərbiyəsinin səmərəlilik şərtləri.

    • Ailə tərbiyəsinin səmərəlilik şərtlərinə bunları aid etmək olar:

    • valideynlər öz uşaqlarını yaxşı öyrənməli, onların müsbət xüsusiyyətlərini, maraq və meyillərini, çatışmazlıqlarını bilməlidirlər;

    • ailədə valideyn nüfuzunun, “böyük-kiçik” münasibətlərinin təmin edilməsi;

    • ailədə dəqiq, optimal gün rejiminə əməl olunmasının təmin edilməsi;

    • uşaqların yaş və cinsi xüsusiyyətlərinin nəzərə alınması;

    • ailə üzvləri arasında münasibətin düzgün qurulması;

    • tərbiyə üsullarının, xüsusilə rəğbətləndirmə və cəzalandırmanın düzgün tətbiqi;

    • ailə tərbiyəsində meydana çıxa biləcək çətinliklərin qarşısının alınması. Belə çətinliklərin səbəbləri müxtəlif ola bilir:

    • valideynlərin ailə tərbiyəsi haqda biliklərinin səthi olması;

    • uşaqlara çox sərt və ya hədsiz dərəcədə yumşaq yanaşılması;

    • tərbiyə işində valideynin məsuliyyətini dərk etməməsi, başqasının üzərinə yıxması və s.


    Yüklə 298,36 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   196   197   198   199   200   201   202   203   ...   242




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin