Sosial-iqtisadi cətinliklər. Bu amilə aşağıdakıları daxil etmək olar:
işsizlik. İnkaredilməz faktdır ki, iqtisadi çətinliklərin gətirdiyi bu qorxunc bəla xalqın müəyyən hissəsini əhatə etmişdır. İşsizliyin ləğvi dövlətin qarşısında duran mühüm problemdir və onun həlli yolları bütün dövlət və qeyri-dövlət strukturları tərəfindən araşdırılır, müxtəlif konstruktiv tədbirlər həyata keçirilir;
bəzi ailələrdə əməkhaqqının aşağı səviyyəsi. Bəzi ailələrdə əməkhaqqının yaşayış minimumundan aşağı olması da müvəqqəti sosial çətinlik kimi mövcuddur. Təsadüfi deyil ki, minimum əməkhaqqının artırılması məsələsi daim dövlətin diqqət mərkəzində olur;