məktəbəqədər tərbiyə müəssisələrinin sayının azalması. Əgər valideynlər işləyirlərsə, uşaqların üzərində nəzarət, onların məqsədyönlü tərbiyəsi işi müəyyən şətinliklərlə üzləşir. Mövcud məktəbəqədər tərbiyə müəssisələrinin də demək olar ki, əksəriyyəti (xüsusən respublikanın rayonlarında) öz işlərini günün tələbləri səviyyəsində qura bilmir.
Bütün bunlar ailədaxili münasibətlərin gərginləşməsinə, emosional ailə mühitində qarşılıqlı anlaşmanın zəifləməsinə, ailə başçısı probleminin gəlirə görə müəyyənləşməsi ucbatından yaranan çəkişmələrə səbəb olur və nəticədə ailə tərbiyəsinin səmərəliliyinin aşağı düşməsinə, bəzən isə ailənin dağılmasına səbəb olur.