Dərsdənkənar və məktəbdənkənar işlər üzrə təşkilatçı. 1967-1968-ci tədris ilindən məktəblərimizdə belə bir vəzifə təsis edilmişdir. Təşkilatçı dərsdənkənar və məktəbdənkənar işləri təşkil edir və aparılmasına nəzarət edir, şagirdlərin ictimai-faydalı əməyini təşkil edir, sinif rəhbərləri, tərbiyəçilər və digər pedaqoji işçiləri təlimatlandırır.