Kurs: I fənn: Pedaqogika


Ümumtəhsil məktəbinin idarə olunması



Yüklə 298,36 Kb.
səhifə227/242
tarix10.01.2022
ölçüsü298,36 Kb.
#107538
növüMühazirə
1   ...   223   224   225   226   227   228   229   230   ...   242
Ümumtəhsil məktəbinin idarə olunması.

Ümumtəhsil məktəbinin ali idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən pedaqoji şuradır. Bundan başqa, məktəbin idarə olunmasında demokratikliyi və şəffaflığı təmin etmək məqsədilə ümumi yığıncaq, himayəçilər, elmi-metodiki, təhsilalanlar, valideyn şuralarından da istifadə edilə bilər.


Məktəb rəhbərləri

Məktəb direktoru

  • Məktəb direktoru məktəbin bütün fəaliyyətinə rəhbərlik edir, şagirdlərlə təlim-tərbiyə işinin təşkili və keyfiyyəti üçün, onların sağlamlığının möhkəmləndirilməsi və fiziki inkişafı üçün, həmçinin məktəbin təsərrüfat-maliyyə fəaliyyəti üçün məsuliyyət daşıyır.

Direktor məktəb pedaqoji şurasının sədridir, pedaqoji kollektivin işinə rəhbərlik edir, kadrların düzgün seçilib yerləşdirilməsini təmin edir. O, biliklərin keyfiyyəti, şagirdlərin davranışına, bütün dərsdənkənar və məktəbdənkənar işlərə nəzarəti həyata keçirir, şagirdlərin peşəyönümlü işini təşkil edir.

Məktəb direktoru, təxminən, bu cür keyfiyyətlərə malik olmalıdır:



  • uşaqları sevir və onlara hörmət edir;

  • pedaqoq kimi liderdir və özünə bərabər heç bir pedaqoq – liderdən çəkinmir;

  • alicənablıq, düzlük, obyektivlik keyfiyyətlərinə malikdir, paxıllıq və kinlilik xüsusiyyətlərindən uzaqdır;

  • əla metodist, yaxşı məsləhətçidir;

  • uşaqların və yaşlı adamların fikrini səbrlə dinləyə bilir;

  • əvvəlcə özünə, sonra isə başqalarına qarşı tələbkardır, hövsələlidir;

  • incə psixoloqdur; özünü müəllimin və ya şagirdin yerində hiss edə bilir;

  • səhvlərini etiraf edir və düzəltmək yollarını bilir;


Yüklə 298,36 Kb.

Dostları ilə paylaş:
1   ...   223   224   225   226   227   228   229   230   ...   242




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin