Qnostik bacarıqların köməyi ilə müəllim uşaqların yaş, fərdi xüsusiyyətlərini, şəxsi keyfiyyətlərini, başqaları ilə qarşılıqlı münasibətlərini, həmçinin, sinif kollektivinin formalaşma mərhələlərini və s. öyrənir.
Konstruktiv bacarıqlarvasitəsilə müəllim pedaqoji prosesi layihələşdirir.
Kommunikativ bacarıqlar uşaqlarla, onların valideynləri ilə, müəllim yoldaşları ilə pedaqoji əlaqələri düzgün qurmağa kömək edir.
Təşkilatçılıq bacarıqlarının köməkliyi ilə müəllim öz pedaqoji fəaliyyətini, təlim-tərbiyə işlərini səmərəli qurur.
IV Müəllimin pedaqoji ustalığı
Pedaqoji ustalıq– müəllimin yüksək mədəni baxışları, biliyi, geniş dünyagörüşü, əxlaqi keyfiyyətlərinin vəhdəti kimi təzahür edən pedaqoji qabiliyyətdir.
Pedaqoji ustalığın tərkib hissələrinə bunlar daxil etmək olar:
pedaqoji prosesin optimal təşkili;
yüksək öyrətmə mədəniyyəti;
şagirdləri fəallaşdırmaq, onların müstəqilliyini təmin etmək bacarığı;
uşaqlarda yüksək mənəvi keyfiyyətlərin tərbiyə edilməsi bacarığı;