Pedaqoji texnika – pedaqoji prosesin səmərəliliyini təmin etmək üçün müəllimin öz bilik, bacarıq və vərdişlərindən praktikada istifadə qabiliyyətlərinin kompleksidir.
Pedaqoji texnikaya daxildir:
şagirdlərlə ünsiyyətin düzgün qurulması;
özünün və şagirdlərin diqqətini idarə edə bilmək:
şagirdin mənəvi durumunu öyrənmək;
pedaqoji prosesin tempini hiss etmək;
öyrədiləcək materiala, tərbiyə ediləcək keyfiyyətə, şagirdlərin əxlaqi davranışına münasibətini aydın ifadə edə bilmək;
pedaqoji prosesin gedişi zamanı müəllimin öz psixoloji vəziyyətini tənzimləməsi.