Nəzəri tədqiqat metodları
nəzəri təhlil;
mücərrədləşdirmə;
tarixi-ənənəvi metod;
məntiqi yanaşma metodu;
Elə tədqiqat metodları vardır ki, onlar, həm empirik, həm də nəzəri metodlar kimi çıxış edə bilirlər: məsələn: təhlil-tərkib, induksiya və deduksiya, ümumiləşdirmə, müqayisə, qarşılaşdırma – tutuşdurma və s
Pedaqoji tədqiqatlarda əsas yer tutan metodlardan biri eksperimentdir. Eksperimentin mahiyyəti ondan ibarətdir ki, onun tətbiqi zamanı eksperimentator öyrəniləcək pedaqoji fakt və hadisəni əvvəlcədən hazırladığı metodika üzrə istənilən dəyişilmiş şəraitə sala və hadisənin gedişinə təsir edə bilir.
Eksperiment vasitəsilə aşağıdakı vəzifələr yerinə yetirilə bilir:
tədqiqatçının təsiri və alınan nəticələr arasında təsadüfi olmayan qarşılıqlı əlaqələrin qurulması; pedaqoji situasiyaların həllində müəyyən şərtlər və alınmış nəticələr arasında düşünülmüş əlaqələr yaradılması;
pedaqoji baxımdan qarşılıqlı təsir variantlarının müqayisə edilməsi və hər hansı göstəriciyə əsasən bu variantlardan ən optimalının seçilməsi;
tədqiqatın kəmiyyət və keyfiyyətcə hesaba alına bilməsi.
Eksperimentləri laborator və təbii – deyə iki yerə bölürlər.
Eksperimentin növləri (mərhələləri) bunlardır:
müəyyənedici eksperiment;
öyrədici eksperiment;
yoxlayıcı eksperiment.
İxtisas: Təhsildə social psixoloji xidmət
Kurs: I
Fənn: Pedaqogika
Mövzu: III mövzu: PEDAQOJİ PROSES
Ədəbiyyat siyahısı:
Nurəddin Kazımov. Məktəb pedaqogikası. Bakı: 2002, 448 səh.
İsmayıl Əliyev Pedaqogika . (Mühazirələr kursu) Naxçıvan 2017, 279 səh
Fərahim Sadıqov. Pedaqogika. Bakı: 2006. 556 səh
Firədun İbrahimov, Rüfət Hüseynzadə. Pedaqogika. I cilddə, Bakı: 2012. 706 səh
Firədun İbrahimov, Rüfət Hüseynzadə. Pedaqogika. II cilddə, Bakı: 2012. 548 səh.
Ə.Paşayev, F.Rüstəmov. Pedaqogika (Yeni kurs). Bakı: 2002, 512 səh.
Müəllim: Süleymanov Şəhla e_mail shahla.suleymanova@bk.ru
PLAN
Pedaqoji prosesin mahiyyəti.
Pedaqoji prosesin dialektikası.
Pedaqoji prosesin mərhələləri.
Pedaqoji prosesin qanunauyğunluqları və prinsipləri.
|