tədris planına daxil edilən fənlər uşaqların müstəqil həyata hazırlanmasına, ümumi inkişafına xidmət etməlidir;
tədris planına daxil olan fənlər təhsilin əsas məqsədlərinin həyata keçirilməsinə xidmət etməlidir;
tədris planı tərtib edilərkən yaş xüsusiyyətləri nəzərə alınmalıdır;
tədris planının tərtibində sistematiklik və ardıcıllıq gözlənilməlidir.
III Tədris proqramı
Tədris proqramı hər fənn üzrə veriləcək bilik, bacarıq və vərdişlərin məzmununu, həcmini, ardıcıllığını müəyyən edən təhsil sənədidir.
Proqramın tərtibinin xətti prinsipinə görə tədris materialı ciddi sistemlə, məntiqi ardıcıllıqla zəncirvari düzülür və ardıcıl həyata keçirilir.
Proqramın tərtibinin konsentrik prinsipinə görə eyni adda olan tədris materialına sonrakı siniflərdə yenidən müraciət olunur və daha dərindən öyrədilir.