|
Biliklərin möhkəmləndirilməsi prinsipinin səmərəli tətbiqi üçün qaydalar
|
səhifə | 79/242 | tarix | 10.01.2022 | ölçüsü | 298,36 Kb. | | #107538 | növü | Mühazirə |
| Biliklərin möhkəmləndirilməsi prinsipinin səmərəli tətbiqi üçün qaydalar:
düzgün qavranılmayan və ya şagirdin başa düşmədiyi materialın hafizədə möhkəmlənməsinə yol vermək olmaz;
unutma, yaddasaxlamadan dərhal sonra daha intensiv olduğundan təkrarların təlimdəki yeri və sıxlığı dəqiq müəyyən edilməlidir;
yaddasaxlamanı möhkəmləndirmək üçün öyrə-nilmiş materialın qısa xülasəsini yazdırmaq, qeydlər aparılmasına nail olmaq lazımdır;
təlim zamanı şagirdlərin müstəqilliyi və fəallığı təmin edilməlidir;
şagirdlərdə, yeni materiala maraq və müsbət münasibət yaratmaq lazımdır;
bir-biri ilə məntiqi cəhətdən bağlı olan biliklər qırıq-qırıq məlumatlara nisbətən möhkəm mənimsənilir;
öyrənilən materialın təkrarı və möhkəm-ləndirilməsi elə təşkil edilməlidir ki, o, şagirdlərin təkcə hafizəsini yox, həm də təfəkkürünü və hisslərini fəal-laşdırsın;
bilikləri möhkəm mənimsətmək üçün emosional ifadə, əyani və texniki vasitələr, didaktik oyunlar və tədris diskussiyaları tətbiq olunmalıdır.
Dostları ilə paylaş: |
|
|