Yoxlama dərsləri şifahi aparıldıqda müstəqil işlərdən sonra yekunlaşdırma mərhələsi də ola bilər.
İnteqrativ dərslər
İnteqrativ dərs dedikdə - bir mövzunun öyrədilməsi zamanı bir neçə fənnin materiallarından istifadə edilməsi başa düşülür.
Dərsi bu tipdə keçmək üçün, hər şeydən əvvəl, əsas məqsəd müəyyən olunur, ondan sonra müvafiq təlim fənlərindən həmin məqsədin reallaşdırılması üçün zəruri olan məlumatlar seçilib müəyyən ardıcıllıqla istifadə olunur.
İnteqrativ dərslərin təşkili və keçirilməsinə verilən tələblər:
hər bir dərsin planlaşdırılması, əsas və yardımçı məqsədlərin müəyyən edilməsi;
dərsin məzmununa yalnız əsas məqsədin tam reallaşdırılmasına yönəldilmiş materialları daxil etmək;
təlimin üsul və vasitələrini düzgün seçmək;
bu tip dərslərin tədrisinə, mümkün olduqca, digər müəllimləri, mütəxəssisləri cəlb etmək.
Müasir didaktikada, qeyri-ənənəvi adlandırılan dərs tipləri də mövcuddur. Bunlara aiddir: