Kurs: I fənn: Sənədlərin biblioqrafik təsviri


BİBLİOQRAFİK TƏSVİRİN ƏSAS FUNKSİYALARI



Yüklə 27,75 Kb.
səhifə3/13
tarix10.01.2022
ölçüsü27,75 Kb.
#110286
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   13
BİBLİOQRAFİK TƏSVİRİN ƏSAS FUNKSİYALARI

Biblioqrafik təsvirin yığcamlığını təmin etmək məqsədilə söz və söz birləşmələrinin ixtisarına yol vermək olar. Əgər biblioqrafik təsviri tərtib edən müəssisə ayrı-ayrı söz və söz birləşmələrini ixtisar etmək üçün qərar qəbul edibsə, onda həmin ixtisarlar ГОСТ 7.11 və ГОСТ 7.12 standartlarına uyğunlaşdırılmalıdır. Sözlərin ixtisarının əsas şərti onların birmənalı şəkildə anlaşıqlı olmasıdır. Sözlər təhrif edildikdə, anlaşıqlı olmadıqda onların ixtisar edilməsinə yol vermək olmaz. İxtisarlar biblioqrafik təsvirin bütün sahələrində tətbiq edilə bilər. Biblioqrafik təsvirin hər bir sahəsinin ilk sözü böyük hərflə yazılır. Digər ünsürlər kiçik hərflə yazılır. Biblioqrafik təsviri tərtib etməzdən əvvəl biblioqrafik yazının hansı ünsür üzrə aparılması müəyyənləşdirilməlidir (təsvirin başlığı və ya sərlövhə üzrə). İlk ünsür biblioqrafik təsvirin əlifba kataloqunda, məlumat nəşrlərində, həmçinin biblioqrafik vəsaitlərdə yerini müəyyənləşdirir. Əsas təsvir üçün ilk ünsürün seçilməsi hər bir konkret nəşr üçün əsas axtarış ünsürünün seçilməsidir. Əlavə biblioqrafik təsvir üçün ilk ünsürün seçilməsi nəşrin əlavə axtarışlarının təmin edilməsi deməkdir. 7.1-2003 Dövlət standartında təsvirin 2 növü vardır: müəllif üzrə, sərlövhə üzrə. Müəllif üzrə biblioqrafik yazıda təsvirin başlığında ilk ünsür kimi fərdi və kollektiv müəlliflər əsas götürülür. Nəşri müstəqil və ya digər şəxslərlə birlikdə çapa hazırlayan şəxs fərdi müəllif hesab edilir. Kitabxana kataloqlarında, dövlət biblioqrafiya göstəricilərində, mərkəzləşdirilmiş kataloqlaşdırma kartoçkalarında fərdi müəllif üzrə biblioqrafik təsvirin tətbiqi məcburidir. Bir, iki, üç müəllifli kitablar müəllif üzrə təsvir edilir. Nəşrdə dörd və daha artıq müəllif göstərildikdə nəşrə sərlövhə üzrə əsas təsvir verilir.

Birsəviyyəli biblioqrafik təsvir (ГОСТ 7.1-2003) məcburi və fakültativ ünsürlər daxil olmaqla aşağıda verilmiş sahələrdən ibarətdir. Məcburi ünsürlər nəşr haqqında əsas biblioqrafik məlumatı çatdırır. Buraya əsasən başlıq, sərlövhə, buraxılış məlumatları, nəşr haqqında məlumat, fiziki xarakteristika, standart nömrəsi daxildir. Fakültativ ünsürlər isə lazım gələrsə nəşr haqqında əlavə məlumat verir, məsələn; kitabın ölçüsü, tirajı və s. Siyahıda fakültativ ünsürlər kursivlə yazılmışdır. Ulduz işarəsi ünsürlərin və işarələrin təkrarlandığını göstərir.


Yüklə 27,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin