Kurs: I qrup: 480



Yüklə 17,79 Kb.
tarix05.01.2022
ölçüsü17,79 Kb.
#74313

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Dövlət İqtisad Universiteti

Fakultə: Uçot-İqtisad

Kurs: I

Qrup: 480

Tələbə: Kürdədehli Simran

Sərbəst iş No:4

Fənn: İqtisada giriş

Mövzu: İqtisadi institutlar və mülkiyyət


Bakı-2014



İqtisadi institutlar və mülkiyyət.

İqtisadiyyat elmində bir çox anlayışlar mövcuddur. Bu anlayışlardan biri də iqtisadi institutlardır.

İqtisadi institut anlayışı XIX əsrin sonu və XX əsrin əvvəllərində yaranmış institutsional-sosioloji cərəyan ilə bağlıdır. Bu termini institutsional-sosioloji cərəyanın nümayəndələri iqtisadiyyat elminə gətirmişlər.

İnstitutsional-sosioloji cərəyan ABŞ-da yaranmışdır və bu cərəyanın yaradıcısı 1857-1929-cu illərdə yaşamış T.Veblen olmuşdur. Bu cərəyanın nümayəndələri ( o cümlədən C.Kommons və U.Mitçell ) bu elmin adını latın sözü olan “institut” sözündən götürmüşlər.

İnstitut anlayışı altında cəmiyyətdə qəbul olunmuş, həmçinin qanun kimi möhkəmləndirilmiş adətlər, qaydalar və təsisatlar başa düşülür. İnstitut anlayışı hər cür şərh edilir. Bəzi iqtisadçılar onu dövlət, korporasiya, digərləri inhisar, vergi kimi, başqa biriləri isə hüquqi normaları kimi şərh edirlər.

İnstitutsional-sosioloji cərəyanın nümayəndələri burjua siyasi iqtisadının əhəmiyyətli dərəcədə yenidən qurulması mərhələsinin başlanğıcını və ondan azad rəqabətin məhdudlaşması, inhisarların hökmranlığı, dövlətin rolunun güclənməsi şəraitinə uyğunlaşmasının əsasını qoymuşlar.Onlar iqtisadiyyatın getdikcə hərbiləşməsini, inhisarların təzyiqini və bəzi digər prosesləri tənqid atəşinə tutaraq, bunları müasir kapitalizmin nöqsanları adlandırmışlar.

Bu istiqamətin əsas xüsusiyyəti burjua cəmiyyətini sosial tənqid atəşinə tutmasıdır. Onlar kapitalsit iqtisadiyyatının ifrat dərəcədə olan böhranlarına, işsizlik, bölgü kimi ümumbəşəri problemlərə daha çox diqqət yetirərək bu ictimai problemlərin həlli yollarını axtarmışlar. Bundan başqa bu cərəyanın digər səciyyəvi xüsusiyyətləri də var. Bunlar burjua cəmiyyətinin sosialyönlü problemlərinin həlli üzrə praktiki tədbirlərin təklif olunması, kapitalist iqtisadiyyatı şəraitində istehsal üzərində sosial nəzarətin həyata keçirilməsi və s. olub

İnstitutsionalizmin bir-birindən fərqlənən 3 istiqaməti mövcuddur:

I.Sosial-psixoloji

II.Sosial-hüquqi

III. Konyuktur-statistik

XX əsrin 60-cı illərinin ortalarında və 70-ci illərdə institutsional-sosioloji cərəyanın yeni forması yaranır. Bu forma neoinstitutsionalizm adlandırılır. Yeni forma sayılan neoinstitutsionalizmin yaranmasına səbəb institutsionalizmə olan marağın artmasıdır. Bu yeni formanın nümayəndələri iqtisadi institut anlayışını daha da təkmilləşdirmişlər.

Müasir dövrdə bir çox iqtisadçılar tərəfindən iqtisadi ədəbiyyatlarda cəmiyyət həyatında mühüm rol oynayan iqtisadi institut anlayışına belə bir tərif verilib. İqtisadi institutlar insanlar tərəfindən yaradılan qaydalardır. Bu qaydalar həm formal, həm də qeyri-formal ola bilər. Onda bütün yazılanları qeyd edərək iqtisadi institutlara aşağıdakı tərifi vermək olar:

“İqtisadi institutlar insanlar tərəfindən yaradılan qeyri-formal və formal qaydalar məcmusunu özündə birləşdirən çox mürəkkəb bir iqtisadi anlayışdır”

“Mülkiyyət “ anlayışı dərin elmi mənaya və məzmuna malikdir. Mülkiyyətə insanlar arasında iqtisadi münasibət kimi baxılmalıdır. İqtisad elmi mülkiyyətə fundamental, ali bir iqtisadi anlayış kimi , real münasibət kimi baxır.

İqtisadi münasibətlər sistemində “mülkiyyət” anlayışı onun dərin mahiyyətinin ifadə edir, müəyyənedici və güclü aparıcı mövqeyə malikdir.Müəyyən mülkiyyət forması meydana gəlmədən onun mahiyyətinə uyğun gələn bir cəmiyyət və iqtisadi sistem qərarlaşa bilməz. Mülkiyyət iqtisadi sistemdə təkcə zəmin deyil, həm də inkişaf prosesində nəticənin göstəricisidir. O, təkrar olunan münasibətdir.

Mülkiyyətə hüquq elmi baxımından da yanaşılır. Yəni ona iradi hüquqi münasibət kimi də baxılır. Deməli, mülkiyyət həm də hüquqi anlayışdır. Lakin o, hüquqi anlayış baxımından irəli münasibət olsa da yalnız iqtisadi münasibətlərdən doğur və onu əks etdirir. Deməli, hüquqi münasibəti məhz iqtisadi münasibətin özü yaradır. Mülkiyyət mövcud iqtisadi sistemdə ən başlıca, ən dərin mahiyyətli anlayışdır. O, bilavasitə maddi nemətlərin, sərvətlərin mənimsənilməsini ifadə edir. A. Smit demişdir: “ heç bir mülkiyyət əldə edə bilməyən insan, heç bir mənafeyə malik ola bilməz, çox yemək, az işləmək istər”.

Mülkiyyət münasibətləri sistemində mülkiyyətin obyekti və subyekti məsələsi xüsusi maraq kəsb edir. Bu iqtisadi anlayışlar mülkiyyət münasibətləri sisteminin mahiyyətini ifadə edən cəhətlərdən biridir. Bəs mülkiyyətin obyekti və subyekti dedikdə nə başa düşülür? Mülkiyyətin obyekti hər şeydən əvvəl onun maddi zəmini, varlığıdır. Onlar əmək, istehsal və istehlak vasitələri, o cümlədən torpaq, zavod, fabrik, material, xammal, mal – qara, bina, avadanlıq və s. konkret şeylərdir. Mülkiyyət bu konkret vahidlər üzərində bərqərar olur. Qeyri – maddi şeylər üzərində də mülkiyyət olur. Məsələn, iş qüvvəsi üzərində mülkiyyət, intellektual mülkiyyət buna misal ola bilər.

Mülkiyyətin subyektini isə şəxslər, kollektiv, sosial qrup, icma, müxtəlif cəmiyyətlər, təşkilatlar, dövlət və bu kimiləri təşkil edir. O, hüquqi və ya fiziki şəxslərdən ibarət olur.

Mülkiyyət münasibətləri sistemində onun müxtəlif formaları məsələsi də elmi və praktiki maraq doğurur. Mülkiyyət forması mövcud mülkiyyət münasibətləri tipinin tərkib hissəsidir.



Kürdədehli Simran, Uçot-İqtisad, Qrup 480
Yüklə 17,79 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin