Fraçayzinq müqaviləsi 6 əsas tərkib hissədən ibarətdir.
1. Müqavilənin predmeti
2. Tərəflərin vəzifələri
3. Müqavilənin qiyməti
4. Müqavilənin tərtib olunmuş nüsxə sayı
5. Bu müqavilə üzrə mübahisələr qüvvədə olan qanunvericiliklə həll edilir.
6. Tərəflərin hüquqi ünvanı və rekvizitləri
Müqavilənin predmeti 4 tərkib hissədən ibarətdir:
Françayz verən fəaliyyət növünü, fəaliyyət göstərəcəyi ərazinin adını, əmtəə nişanı, ticarət markasını, firma adını, sənaye nümunəsini göstərməklə françayz alana istifadə hüququnu verir.
Françayz alan ona verilmiş müstəsna hüquqlardan istifadəni həyata keçirir. (françayz verənin ticarət markası ilə mal satmaq, məhsul istehsal etmək, xidmət göstərmək, onun adı altında maqazin şəbəkəsi açmaq və s. )
Françayz verən françayz alana kommersiya sirri haqqında qaydalar gözlənilməklə istehsal sirrini (nau-hau) də verir. “Nau-hau” həcmi və məzmunu göstərilməklə françayziyə verilir.
Bu müqavilə imzalandığı andan Françayz alan Françayz verən tərəfindən bütün françayz alanlar üçün müəyyənləşdirilən güzəştlərdən istifadə etmək hüququ qazanır.
Dostları ilə paylaş: |