Tərəflərin vəzifələri 2 tərkib hissədən ibarətdir:
Bu müqaviləyə uyğun olaraq Françayz verən borcludur:
a) Verilmiş hüquqları həyata keçirmək üçün zəruri olan bütün texniki və kommersiya sənədlərini və digər informasiyaları Françayz alana verməyə;
b) Françayz alanın işçilərini təlimatlandırmağa;
c) Françayz alana əqli mülkiyyət obyektlərinin adı göstərilməklə istifadə üçün
lisenziya verməyə;
d) Françayz alana texniki və məsləhət xidməti göstərməyi;
e) Françayz alanın işçilərini öyrətməyi, ixtisasını artırmağı;
f) Françayz alanın buraxdığı malın (xidmətin, işin) keyfiyyətinə nəzarət etməyə.
2. Bu müqaviləyə uyğun Françayz alan öhdəsinə götürür:
a) Françayz verənin kommersiya işarəsini və ya firma adını müqavilədə nəzərdə tutulan qaydada istifadə etməyi;
b) Françayz verənin istehsal sirrini və digər məxfi kommersiya informasiyalarını yaymamağı;
c) Françayz verənin təlimat və göstərişlərinə riayət etməyi;
d) Buraxdığı məhsulun (işin, xidmətin) keyfiyyətini Françayz verənin buraxdığı analoji məhsulun (işin, xidmətin) keyfiyyətinə uyğunlaşdırmağı.
Dostları ilə paylaş: |