Kurs I Ş İ Mövzu: “Françayzinq biznesin təşkilinin mütərəqqi forması kimi”



Yüklə 348,33 Kb.
səhifə18/19
tarix05.01.2022
ölçüsü348,33 Kb.
#111606
1   ...   11   12   13   14   15   16   17   18   19
Nəticə :

Göründüyü kimi, françayzinq bazar iqtisadiyyatının inkişafında mühüm yer tutur. Françayzinqin qloballaşma prosesində yer alması, hətta bu prosesin inkişafına təkan verməsi, françayzinq fəaliyyətinin dəstəklənməsinə gətirib çıxarır. Biznes fəaliyyətinin maliyyələşmə mənbələri arasında ən qabaqcıl yer tutur. Buna səbəb françayzinqin hər iki tərəfə sərf etməsi və az risklə müşaiyyət olunmasıdır. Artıq françayzinqin yayıldığı bütün ölkələrdə müvafiq hüquqi bazanın yaradılması, bu fəaliyyət növünün biznesin maliyyələşdirilməsi mənbələrində əsaslı yer tutduğundan xəbər verir. Eyni zamanda hquqi bazanın yaradılması bu sahənin inkişafına təkan verir. Beynəlxalq təcrübədə françayzinq fəaliyyətindən gələn gəlir ÜDM-in tərkibində əsaslı yer tutur. Məsələn, ABŞ-da françayzinq fəaliyyətindən illik əldə edilən gəlir ÜMM-in 13%-ni təşkil edir, ingiltərədə isə bu 600 mlrd. dollara yaxındır.

Azərbaycanda françayzinqin yeni olmasına baxmayaraq sürətli şəkildə vüsət alması təqdirə layiq hesab edilməlidir. Fikrimcə françayzinqin Azərbaycanda inkişafı ölkə iqtisadiyyatına əsaslı şəkildə təsir göstərəcək. Bu həm də bizim bazar iqtisadiyyatın tam keçməyimizə köməklik göstərəcəkdir. Artıq bu haqda qanunun qəbul edilməsi və Azərbaycan Françayzinq Assosiasiyasının yaradılması ölkədə françayzinqin inkişafı üçün bütün imkanların yaradılmasından xəbər verir. Bu kimi işlər xarici investorların Azərbaycanı tərəddüdsüz olaraq partnyor kimi seçməsinə imkan yaradır. Respublikamızda françayzinqin fəaliyyəti sahibkarlıq mühitinin inkişafı, rəqabət şəraitinin artması, vergi daxilolmalarının artması və s. kimi üstünlüklər qazandırmış olur. Şübhəsiz françayzinqin inkişafı bu sahənin inkişafını müəyyən edən iki faktorlardan biri, iqtisadiyyatda canlanma, digəri isə xidmət sahəsinin artmasının davamı üzərində qurulub. Xidmət sahəsinin artımı uzunmüddətli tendensiyadır. Digər tərəfdən, bu sahələrin bir çoxunda rəqabətin çoxalması əvvəllər öz biznesini qurmaq istəyən yüksək ixtisaslı peşəkarları indi franşizin alınmasını alternativ imkan kimi qəbul etməyə vadar edir. Bu onlara böyük təşkilatın himayəsində öz bizneslərinin rəhbəri olaraq işin üstünlüklərindən istifadə etməyə şərait yaradır.


Yüklə 348,33 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin