Franşizlərin seçilməsi : Sahibkarlar franşizanı alarkən, onlar adətən müəssisəni alırlar. Franşizlərlə işi yaxşı aparmaq üçün françazlar hökmən franşizerlərin göstərişlərinə əməl etməli olurlar. Bu göstərişlərə isə çoxlu sayda detallar aiddir və bunlar aşağıdakılardan ibarətdir:
hansı əmtəəni yaxud malı satmalı
necə və hansı yollarla satmalı
məsrəflərə necə nəzarət etməli
hansı hesabatları hazırlamalı
iş gününün davamiyyəti necədir.
Bütün bu lazımı məlumatların hazırlanması və nəzərdən keçirilməsi eyni zamanda françayzerin françayza etibarının artmasına səbəb olan amillərdən biridir. Belə ki, eyni zamanda françayzer də bu məsələlərdən bəzi haqqında françayzdan əvvəl fikirləşməli olur. Məsələn, alınan əmtəələrin hansı yollarla satılması kimi. Beləliklə burada birinci mərhələ kimi sahibkarın özünün imkanlarının və arzularının müəyyən edilməsi durur. İkinci mərhələ əmtəənin yaxud xidmətin seçilməsi və münasib franşizin axtarılması, eyni zamanda həyata keçirilməlidir ki, bunlar aşağıdakı suallara arxalanırlar:
Həqiqətən mən bu əmtəəyə yaxud xidmətə inanıram və nəticə etibarilə qane ediləcəyəmmi?
Doğurdan da mən belə insan olmalıyam, bu işi yerinə yetirməliyəm və belə franşiz müəssisənin işini aparmalıyammı?
Yoxlama suallarının təhlili. Bu suallar yalnız təhlilin başlanmasını ifadə edir. Franşiz razılaşmanın imkanlarının dəqiq təhlilinin aparılması üçün sahibkarlar yoxlama sualları siyahısını hazırlamalıdırlar. Bu suallar əsasən 25 sual formasında tərtib edilir və sahibkara vədlərin yerinə yetirilməsi zamanı zərər çəkmədən yan keçməyə imkan verir. Franşiza ilə maraqlanan sahibkar əmin olmalıdır ki, tutaq ki, reklama görə komisyon ödəmələr sahə normaları çərçivəsindədir, istənilən əlavə xərclər mümkündür. Əgər françayzlar dərin təhlil üçün yoxlama sualları siyahısından istifadə etməsələr, qiymətləndirmə zamanı baha başa gələn ziyanlarla qarşılaşa bilərlər. Bəzən sahibkarlar bu riski aşağı salmaq üçün fəaliyyət haqqında tam məlumat alınması, hətta hüquqşünasın tutulması kimi addımlar atırlar.
Fəaliyyət haqqında tam məlumat alınması dedikdə, bu ikili formada sahibkarın
franşizerə fəaliyyəti haqqında tam məlumat verməsi və əksinə prosesi başa düşülür. Bu məlumat eyni zamanda sahibkara bir franşizerlə digərinin müayisə edilməsi üçün lazım olur. Məlumatlar franşizerdən nəyin gözlənilməsini başa düşməyə və bununla əlaqədar riskləri və məsrəfləri qiymətləndirməyə əlverişli şərait yaradır. Hətta bu ABŞ-da qanunvericilik bazasına daxil edilmişdir. Və buna görə məlumatların siyahısı aşağıdakı mövzular üzrə olmalıdır.
franşizerin maliyyə hesabatları
franşizerlərin iştirak etdiyi hər hansı bir məhkəmə prosei və nəticəsi
franşizə görə ilkin ödəmə və sonrakı üzvlük ödəmə məbləği
franşizdə hər hansı məşhur şəxsin və ya ictimai xadimin iştirakı haqqında məlumat.
Digər franşiz saxlayanların adlarının və ünvanlarının siyahısı
Xüsusi hallarda bura cari ildə faktiki əldə edilmiş gəlir səviyyəsi də daxil edilə bilər. Lakin bu məlumat françayzer tərəfindən kommersiya sirri kimi saxlanıla da bilər.
Sahibkar nəzərdə tutmalıdır ki, franşizerin fəaliyyəti haqqında məlumatlar təhlil olunarkən hüquqşünasın tutulması daha əlverişli olur. Çünki məlumatın franşizer haqqında hər şeyi deməsi haqqında düşüncələr bəzən səhv nəticə verə bilir. Belə ki həmin məlumatların səhv olma səviyyəsi daha yüksək olur. Eyni zamanda qeyd edim ki, françayzinq öz dinamikasını tərəfdaşdan yüksək motivləşdirmə təyin olunmasını nəticəsində avtomatik olaraq əldə etmiş olur. Belə ki satıcı və alıcı firma arasında faydalanmaq naminə əməkdaşlıq bağlanır. Burada alıcı firma ancaq öz səyləri hesabına fəaliyət göstərir, tam müstəqildir və onun qazandığı uğur öz səyləri hesabına əldə edilmiş olur. Amma onun təfdaşı özünün fəaliyyətində nə qədər uğurlu olmuş olarsa, onların franşiz alanları da uğur qazanmaqda davam edəcəklər.
Dostları ilə paylaş: |