Zehni tərbiyənin ikinci vəzifəsişagirdləri tədqiqatçılıq bacarıq və qabiliyyətlərinə yönəltməkdir. Şagirdləri araşdırıcılığa, axatarıcılığa yönəltmək, onlara müstəqil çalışmaq, müstəqil bilik qazanmaq bacarıq və vərdişlərini aşılamaq lazımdır.
Zehni tərbiyənin üçüncü vəzifəsi şagirdləri bilik, bacarıq və vərdişlərlə silahlandırmaqla onlarda elmi dünyagörüş və fəlsəfi dünyagörüş formalaşdırmaq, fakt və hadislərə elmi və fəlsəfi dünyagörüş baxımından yanaşmağı öyrətməkdir.
Zehni tərbiyənin dördüncü vəzifəsi şagirdlərə zehni əməyin səmərli təşkili yollarını öyrətməkdir.Zehni iş zamanı bu əməyin gigiyenasına əməl edilməlidir.