Kurs: II fənn: Məktəbəqədər pedaqogika



Yüklə 76,12 Kb.
səhifə7/30
tarix01.01.2022
ölçüsü76,12 Kb.
#104477
1   2   3   4   5   6   7   8   9   10   ...   30
Müşahidə pedaqoji-psixoloji tədqiqatlar aparılarkən ən çox müraciət olunan metoddur. Bu prosesdə tədqiqatçı hadisəni tam (bütöv) halda, yaxud onun hər hansı bir hissəsini görə bilir, təsədüfi əlaqələri təcrid edərək, əhəmiyyətli, sabit əlaqələri müəyyənləşdirir və s. Müşahidə tədqiqatçılar, tərbiyəçilər, müəllimlər, sinif, məktəb və təhsil orqanları rəhbərləri, valideynlər, metodistlər və b. tərəfindən aparıla bilər. Müşahidə hər hansı pedaqoji prosesi planlı şəkildə qavramağı nəzərdə tutur. Bu məqsədlə əvvəlcədən plan tutulur, obyekti öyrənmək istəyən şəxs nələri müşahidə edəcəyini özü üçün müəyyənləşdirirvə işin gedişatına qarışmadan müvafiq pedaqoji hadisəni araşdırır.

Sorğu – pedaqogikanın mühüm tədqiqat metodlarından biridir. Çox zaman didaktik sorğulara müraciət olunur. Bu metod suallara yazılı və şifahi müraciəti əsas götürür. Təlim prosesində sorğu ikitərəfli və çoxtərəfli ünsiyyətin çox mühüm formalarından biridir. Bir halda bu, yazılı, qiyabi sorğu;digər halda – şifahi, əyani sorğu olur. Sorğu şifahi və yazılı formada aparılır. Şifahi sorğu müşahidə və intervü, yazılı sorğu isə anket sorğusu şəklində həyata keçirilir. Sorğunun köməyilə informasiya toplanır.Şifahi sorğu aparılarkən müəllim, yaxud tədqiqatçı şagirdlərləbilavasitə ünsiyyətə girə bilir,onların cavablarını eşidir, yol verdikləri səhvləri aşkara çıxarır. Pedaqoji ədəbiyyatda sorğu metodunun müsahibə, intervü və anketləşdirmə kimi növlərinə rast gəlinir.

Müsahibə metodu. Qabaqcadan düşünülmüş və təxmini formalaşdırılmış sualların köməyilə yoxlanılanlarla bilavasitə canlı söhbətin rolu böyükdür. Müsahibə fərdi, qrup halında və kollektiv olur. Müsahibə intervüdən (birtərəfli söhbət olub, təşəbbüskar sual verir, müsahib cavab verir) onunla fərqlənir ki, ikitərəfli əlaqənin və qarşılıqlı rəğbətin bərqərar olmasını nəzərdə tutur. Müsabibə metodu uşaqların maraqlarını, onların təsəvvürlərini, münasibətlərini, mühakimələrini müəyyən etməyə, həyatın bu və ya digər təzahürünü qiymətləndirməyə kömək göstərir. Müsahibə metodundan istifadə zamanı: ilk növbədə müsahibədən əvvəl veriləcək suallar və onların ardıcıllığı barədə fikirləşməli, müsahibəyə cəlb ediləcək şəxslərlə ünsiyyət yaradılmalı, suallara cavab alınan cavablar yadda saxlanılmalı, sonradan bu cavabları hafizədə canlandıraraq yazmaq və təhlil etmək məqsədəuyğundur.



Intervü - müsahibə metoduna yaxın bir metoddur. Bu metod pedaqogikaya sosioloji tədqiqatlardan gətirilmişdir. Təbii, sərbəst formada həyata keçirilən müsahibə metodundan fərqli olaraq, intervü zamanı müəllim, tərbiyəçi, yaxud tədqiqatçı əvvəlcədən nəzərdə tutulmuş sualları müəyyən ardıcıllıqla verir və müsahibənin cavablarını yazır.Intervü, adətən anket sorğusundan əvvəl aparılır.

Anketləşdirmə-sorğunun bir növ yazılı variantıdır. Müəllim sualları hazırlayarkən bilməlidir ki, son nəticədə nəyi öyrənmək istəyir. Məqsədi düzgün müəyyənləşdirmək lüzumsuz suallardan istifadəyə yol vermir. Sualların çətinlik dərəcəsi tədricən azaldılmalıdır. Suallar müəyyən sayda olur ki, onlar üzərində iş (cavabların tapılması) müəyyən vaxtı-15 dəqiqəni aşmasın.Anketləşdirmənin üstün cəhəti ondan ibarətdir ki, o, çoxsaylı şagirdi əhatə edə bilir, fakt və məlumatların kütləvi şəkildə aşkarlanmasına imkan verir. Anket metodunun müsahibə metodu ilə bir sıra oxşarlıqları vardır. Hər ikisində suallar irəli sürülür və onlara cavablar alınır.


Yüklə 76,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin