Şəxsiyyətin inkişafı daxili və xarici amillərlə şərtlənir:
Daxili amillərə daxildir: genetik, bioloji, fiziki, fizioloji amillər. Bu cəhətdən daxili amillər insanın şəxsi fəallığını, şəxsin marağını, insanlarla ünsiyyət və münasibətini də özündə birləşdirir.
Xarici amillərə daxildir: fərdin müəyyən mədəniyyətə, sosial-iqtisadi sinfə və ailə mühitinə məxsusluğu. Bu baxımdan xarici amillər ictimai mühiti, kollektivi, ictimai qrupları, tərbibiyəvi təsirləri də özündə birləşdirir.
Beləliklə, şəxsiyyət müasir pedaqogika və psixologiya elmində biogenetik, sosiogenetik və psixogenetik elementlərin məcmusu hesab edilir. Şəxsiyyət insan varlığının bir sıra ketfiyyət və vəziyyətinin təzahürü formasıdır. İnsan ümumi anlayışdır. O bioloji növün bir kateqoriyasıdır. Fərd bioloji varlığın insan növüdür. Şəxsiyyət isə insanı digər bioloji canlılardan fərqləndirən sosial varlıqdır. Şəxsiyyətin sosial mahiyyətini insanın tərbiyə aldığı və iştirak etdiyi ictimai quruluş, mədəniyyət müəyyənləşdirir.
II. Pedаqоgikа və psixоlоgiyа elmində şəxsiyyətin inkişаfı və tərbiyəsi ilə bаğlı üç əsаs konsepsiya vardır ki, onları aşağıdakı istiqаmətlərdə qruplaşdırmaq olar: