Kurs: II fənn: Məktəbəqədər pedaqogika


Əməyin müxtəlif növləri mövcuddur



Yüklə 76,12 Kb.
səhifə16/30
tarix01.01.2022
ölçüsü76,12 Kb.
#104477
1   ...   12   13   14   15   16   17   18   19   ...   30
Əməyin müxtəlif növləri mövcuddur:

1) özünəxidmət əməyi; 2) ictimai-faydalı əmək; 3) məhsul­dar əmək .

Ailədə özünəxidmət əməyinin əsası qoyulur, məktəbəqədər tərbiyə müəssisələri və təhsil müəssisələrində isə bu iş davam etdirilir.



İctimai-faydalı əmək isə cəmiyyətin xeyrinə pulsuz əməkdir. Əməyin bu növü rayon, şəhər üzrə keçirilən kampaniya xarakterli fəaliyyət növüdür. Nəticədə maddi nemət əldə edilən fəaliyyət məhsuldar əmək adlanır.

"Estetika" yunanca "estezis" sözündən olub, hiss etmək, qavramaq deməkdir. Estetik tərbiyə dedikdə, incəsənət və həyat­dakı gözəlliklərin qavranmasına, estetik zövq və qabiliyyətlərin inkişafına yönələn təsirlərin məcmusu nəzərdə tutulur.

Estetik tərbiyə insanları gözəllik aləminə yaxınlaşdırır, estetik zövq­lər yaradır, gözəlliyi görmə, qavrama, dərk edərək qiymət­lən­dir­mə bacarığı formalaşdırır, yaradıcılıq qabiliyyətlərini inkişaf etdirir.

Hərtərəfli inkişaf etmiş şəxsin ən mühüm keyfiyyətlərindən biri onun sağlamlığı, fiziki kamilliyidir. Sağlamlığın qeydinə qal­maq, fiziki gücün artırılmasına qayğı göstərmək insanın əxlaqi key­fiy­yətlərinin bir göstəricisidir. Fiziki tərbiyənin əsas məqsədi fiziki cəhətdən sağlam, gümrah nəsil tərbiyə etməkdən, onları əməyə və fəal ictimai həyata hazır­la­maq­dan ibarətdir.

"Ekologiya" yunan sözü olub, yurd (məkan) haqda təlim de­mək­dir. Ekoloji tərbiyə ahəngdar şəxsiyyət tərbiyəsinin mühüm tər­kib hissəsidir. O, gənc nəsli ekoloji biliklərlə silahlandırmağa, eko­loji mədəniyyəti formalaşdırmağa yönələn tədbirlər sistemidir.

Ekoloji tərbiyənin əsasını təbiətə sevgi, onun mühafizəsi işi təşkil edir. İnsan təbiətin bir üzvüdür.

Mövzu: IV Təhsil sistemi. Məktəbəqədər təhsil proqramının(kurikulum) məqsəd və vəzifələri



Plan:

  1. Azərbaycan Respublikasında təhsil sisteminin quruluşu

  2. Təhsil müəssisələrinin tipləri

  3. Məktəbəqədər təhsil proqramının (kurikulum) məqsəd və vəzifələri


Yüklə 76,12 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin