Kurs: II fənn: Məktəbəqədər pedaqogika



Yüklə 76,12 Kb.
səhifə18/30
tarix01.01.2022
ölçüsü76,12 Kb.
#104477
1   ...   14   15   16   17   18   19   20   21   ...   30
Fənyönümlü kurikulumlar məzmun etibarilə elm sahəsini, onun mükəmməl anlayışlar sistemini əhatə etməklə bilavasitə bu an­la­yışların mənimsənilməsinə istiqamətləndirilir. Belə kurikulum­la­rın keyfiyyətində biliklərin həcmi və miqdarı əsas rol oynayır.

Şəxsiyyətyönümlü kurikulumlar bilavasitə həyati bacarıq və vər­dişlərə üstünlük verilməsi ilə fərqlənir. Bu kurikuluma görə in­sa­nın gələcək həyat fəaliyyətində lazım olacaq praktik bacarıq və vər­diş­lər əhatə edilir, onun əqli fəaliyyətlə bağlı qabiliyyətlərinin for­ma­laş­ması ön plana çəkilir. Tələb olunan bacarıq və vərdişlərin for­m­alaşdırılmasına imkan yaradan minimum biliklərin həcmi mü­əy­yən­ləşdirilir.

Təhsil cəmiyyətin və dövlətin mənafeyi naminə şəxsiy­yətin in­tellektual və emosional sferalarının inkişaf etdirilməsi və hə­ya­ta ha­zır­lan­ması məqsədi ilə sistemləşdirilmiş bilik, bacarıq, təc­rübə və vərdişlərin mə­nim­sənilməsi prosesi və onun nəticəsidir.”

Azərbaycan Respublikasında formal, qeyri-formal, informal təh­sil formaları tətbiq olunur.



  • formal təhsil - dövlət təhsil sənədinin verilməsi ilə başa ça­tan təhsil formasıdır;

  • qeyri-formal təhsil - müxtəlif kurslarda, dərnəklərdə və fərdi məş­ğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə mü­şa­yiət olunmayan təhsil formasıdır.

  • informal təhsil - özünütəhsil yolu ilə biliklərə yiyələn­mənin for­masıdır.

Formal təhsilin təşkili qaydaları müvafiq icra hakimiyyəti or­qa­nı tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikasında əyani, qiyabi, distant (mə­sa­fə­dən), sərbəst təhsilalma formaları müəyyən olunmuşdur və təhsil­alma for­ma­ları çərçivəsində evdə təhsil və fərdi təhsil təşkil oluna bilər. Fər­di təhsil - müxtəlif səbəblərdən uzun müddət təhsildən kə­narda qal­mış şəxslər, habelə müəyən bir sahə üzrə xüsusi istedadı ilə fərq­lə­nən şagirdlər üçün tətbiq edilən təhsil formasıdır. Evdə təhsil mü­va­fiq təhsil proqramlarına uyğun olaraq ümumi təhsilin evdə təşkili for­masıdır.

  1. Təhsil müəssisəsinin aşağıdakı tipləri və növləri müəyyən olun­muşdur:

  • məktəbəqədər təhsil müəssisələri (körpələr evi, uşaq bağçası, xüsusi uşaq bağçası);

  • ümumi təhsil müəssisələri (ibtidai, orta və tam orta ümum­təh­sil məktəbləri, ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər və xüsusi internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, li­seylər və digər müəssisələr);

  • məktəbdənkənar təhsil müəssisələri (uşaq yaradıcılıq mər­kəz­ləri, uşaq-gənclər idman məktəbləri, uşaq-gənclər şahmat mək­təb­ləri, ekoloji tərbiyə və təcrübə mərkəzləri, texniki yaradıcılıq mər­kəzləri, turizm və diyarşünaslıq mərkəzləri, məktəbdənkənar iş mər­kəzləri, estetik tərbiyə və bədii yaradıcılıq mərkəzləri və s.)

  • ilk peşə-ixtisas təhsili müəssisələri (peşə məktəbləri, peşə li­sey­ləri);

  • orta ixtisas təhsili müəssisələri (kolleclər);

  • ali təhsil müəssisələri (universitetlər, akademiyalar, ins­ti­tut­lar və s.)

  • əlavə təhsil müəssisələri (universitetlər, institutlar, mər­kəz­lər və s.)

  • təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr.

Müxtəlif tipli təhsil müəssisələri təhsil kompleksi və kampus for­masında da fəaliyyət göstərə bilər. İbtidai və ümumi orta təhsil mü­əssisələrinin azkomplektli formada fəaliyyətinin təşkili müm­kün­dür.

  1. Məktəbəqədər təhsil təhsilin ilk pilləsi olmaqla, ailənin və cə­miy­yətin maraqlarına uyğun olaraq, uşaqların erkən yaş dövründən in­tellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yi­yə­lən­məsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qo­runmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas mü­na­si­bə­tinin formalaşmasını təmin edir. Məktəbəqədər təhsil müvafiq təh­­sil proqramı əsasında həyata keçirilir, məktəbəqədər təhsil üç yaş­dan başlayır. Beş yaşlı uşaqlar üçün məktəbə hazırlıq qrupları zə­ruridir. Mək­təbə hazırlığın təşkili qaydaları müvafiq icra orqanı tərəfindən müəyyən edilir. Məktəbəqədər təhsil uşağın valideyn­lə­rinin və ya di­g­ər qanuni nümayəndələrin arzusu ilə məktəbəqədər təhsil müəs­si­­sələrində, ümumtəhsil müəssisələrinin müvafiq struk­turlarında və ya ailədə həyata keçirilə bilər. Məktəbəqədər yaşlı uşaqları evdə tər­bi­yə edən ailələr üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən mü­vafiq qaydada metodiki və diaqnostik məsləhət və əlaqələndirmə xid­məti təşkil edilir.

Məktəbqədər təhsilin əsas məqsəd və vəzifələri aşağıdakılardır:

  • Hər bir uşağın keyfiyyətli məktəbəqədər təhsilinin təmin edilməsi

  • Fiziki, psixi və mənəvi sağlamlığının qorunmasının təmin edilməsi;

  • Özünə, ailəsinə, Vətəninə məhəbbət, millətinə, dilinə, dininə, dövlət rəmzlərinə, Azərbaycan xalqının, həmçinin digər xalqların milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə edilməsi;

  • Uşaq şəxsiyyətinin formalaşdırılması;

  • Uşağın ehtiyaclarının müəyyən edilməsi və ona müvafiq xüsusi, inkluziv təhsil və əlaqədar xidmətlərin göstərilməsi;

  • Sosial-pedaqoji baxımdan ailənin dəyərli üzvü kimi inkişafının təmin edilməsi;

  • Təhsilin baza komponentləri əsasında sosiallaşma tələbatının yaradılması;

  • Uşaqlarda sağlam həyat tərzi üzrə ilkin bilik, bacarıqların formalaşdırılması.



Yüklə 76,12 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin