Kurs: II fənn: Məktəbəqədər pedaqogika


Təsviredici və izahedici səviyyə



Yüklə 76,12 Kb.
səhifə2/30
tarix01.01.2022
ölçüsü76,12 Kb.
#104477
1   2   3   4   5   6   7   8   9   ...   30
Təsviredici və izahedici səviyyə ( bu, qabaqcıl pedaqoji təcrübəni öyrənməkdir);

  • Diaqnostik səviyyə ( bu, pedaqoji hadisələrin vəziyyətini, pedaqoq və şagirdlərin səmərəli fəaliyyətini, onları təmin edən şəraiti və səbəbləri üzə çıxarmağı nəzərdə tutur);

  • Proqnostik səviyyə (bu, pedaqoji gerçəkliyi eksperimental yolla tədqiq etmək və onun əsasında varlığı dəyişdirməyin modelini qurmağı nəzərdə tutur).

    Pedaqogikanın texnoloji funksiyası üç səviyyədə həyata keçirilir:

    1. Layihə səviyyəsi (buraya tədris planları, proqramları, dərslik və dərs vəsaitlərinin, pedaqoji tövsiyyələrin işlənib hazırlanması və s. daxildir);

    2. Dəyişdirici səviyyə (bu səviyyədə pedaqoji elmin nailiyyətləri təhsil praktikasını təkmilləşdirmək və yenidən qurmaq məqsədilə tətbiq olunur);

    3. Refleksiv və korrektiv səviyyə (bu səviyyə elmi-tədqiqatların nəticələrinin təhsil-tərbiyə praktikasına təsirinin yekunlarını qiymətləndirməyi və sonradan elmi- nəzəriyyə ilə praktik fəaliyyətin qarşılıqlı təsirini korreksiya etməyi nəzərdə tutur).

    Pedaqogika elminin obyekti pedaqoji təcrübənin verilməsi prosesidir, predmet isə obyektin pedaqoji aspektdə öyrənilməsi, yəni orjinalın pedaqoji modeli və ya hissəsidir.

    Pedaqogika pedaqoji prosesin- tərbiyə, təhsil və təlimin vəzifəsini, məqsədini, məzmununu, qanunauyğunluqlarını, prinsiplərini, metodlarını və səmərəli yollarını öyrənən elmdir.

    Məktəbəqədər pedaqogika pedaqogikanın xüsusi tərkib hissəsi olaraq, yalnız məktəbəqədər yaş dövründə uşaqların fizioloji və psixoloji inkişafını əsas götürərək, tərbiyə prosesini pedaqoji qanunlar əsasında həyata keçirir.

    Məktəbəqədər pedaqogika dünyanın ən mütərəqqi elmi-pedaqoji nəzəriyyələrinə istinad edərərək müasir dövrdə uşaqların tərbiyə olunmasının mühüm vəzifəsini, məqsədini və məzmununu müstəqil Azərbaycan Respublikasının daxili və xarici siyasətinə müvafiq müəyyən edir, bu sahədə qabaqcıl pedaqoji təcrübənin öyrənilib yayılmasına yüksək məsuliyyətlə yanaşır.

    Məktəbəqədər yaş dövründə uşaqların tərbiyəsinin müvəffəqiyyətlə həyata keçirilməsində tərbiyəçinin şəxsi əməyi müstəsna əhəmiyyətə malikdir.

    Azərbaycan Respublikası təhsil sistemində demokratik prinsiplər əsasında yeni islahatlar həyata keçirməyə başlayır. Strateji əhəmiyyət kəsb edən təhsil sistemi əsasən dövlət himayəsində olmaqla yanaşı, özəl təhsil müəssisələrinin təşkilində də geniş imkanlar yaratmışdır.

    Təhsilə yüksək qayğı ilə yanaşan dövlətimiz yetişməkdə olan gənc nəslin tərbiyəsini müasir dövrün tələbləri səviyyəsində həyata keçirən ən başlıca vəzifə kimi qarşıya qoymuşdur. Bu mühüm vəzifənin mütəşəkkil və müntəzəm həyata keçirilməsi məktəbəqədər dövrdən başlanır


    1. Pedaqoji elm- pedaqoji prosesə nisbətən geniş anlayışdır. Pedaqoji elm bütöv bir sistemdir. Son dövrlərdə pedaqogikanın əsas anlayışları xeyli artmışdır. Təlim, tərbiyə, təhsil, inkişaf, pedaqoji proses pedaqogikanın əsas anlayışları hesab etmək olar.


    Yüklə 76,12 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   ...   30




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin