Təlim anlayışı. Təlim ərəb sözü olub, “təlim, öyrətmə, elmi nəzəriyyə” mənalarında işlədilir. Təlim- öyrədənlə öyrənənlər arasında qarşılıqlı, məqsədyönlü, planlı pedaqoji fəaliyyətdir.
Təlim həm təhsilləndirici, həm tərbiyəedici, həm də inkişafetdirici vəzifələri kompleks həyata keçirir.
Tərbiyə anlayışı. Tərbiyə davranışla əlaqədar olan mənəvi keyfiyyətlərin məqsədyönlü, planlı və mütəşəkkil şəkildə formalaşdırılması prosesidir.
Yenidəntərbiyə- tərbiyəyə nisbətən çətin və mürəkkəb pedaqoji prosesdir. Bu pis tərbiyənin nəticəsidir. Çünki, yenidəntərbiyə zamanı tərbiyəçi iki əsas istiqamətdə iş aparmalı olur. O, bir tərəfdən uşağın şüurunda həkk olunmuş arzuolunmaz, zərərli əxlaqi və digər mənəvi keyfiyyətlərin yanlışlığını isbat etməli, onu inandırmalı və aradan qaldırmalıdır. Digər tərəfdən də tərbiyəçi cəmiyyət üçün faydalı olan yeni keyfiyyətləri uşaqlara aşılamalıdır.
Özünütərbiyə- valideynlərin, müəllimlərin, digər tərbiyəçilərin nəzarəti olmadığı şəraitdə onların verdiyi istiqamətə uyğun düşünməyə və davranmağa uşaqların alışması prosesidir.
Dostları ilə paylaş: |