Mövzu: XV.Uşaq bağçasında oyun üçün şərait
Plan:
Oyuncağın uşaq tərbiyəsində rolu
Oyun üçün məktəbəqədər tərbiyə müəssisələrində şəraitin yaradılması
Oyuncaqlar uşaqların tərbiyəsində mühüm yer tutur. Oyuncaqlar uşaqların sevinc və fərəh mənbəyidir. O ancaq oyun materialı deyil, oyunda uşağın yol yoldaşıdır. O, uşağın əlində oyuncaq, tərbiyəçi üçün isə mühüm tərbiyə vasitələrindən biridir.
Oyuncaq xüsusi predmetdir. O, əşyaların, eləcə də canlı varlığın ümumiləşmiş obrazıdır. Uşaq oyuncaqla müxtəlif təcrübələr əldə edə bilər. yaxşı oyuncaq dəqiq oyun dinamikasına malik olur. Quraşdırılması və oyun zamanı müxtəlif hərəkətləri ifa etməsinə görə oyuncaqlar fərqlənirlər.
Məktəbəqədər yaşlı uşaqlara məxsus oyuncaqlar rəngarəng olur. Müxtəlif materialdan düzəldilən ouncaqlar tərbiyəvi əhəmiyyətinə görə müxtəlif növlər üzrə fərqlənirlər. Əldə düzəldilmiş oyuncaqlar (binokl, xilasedici dairə, çantalar ə s.) xüsusi tərbiyəvi əhəmiyyət kəsb edir.
Didaktik oyuncaqların aşağıdakı növləri var:
Hissələri ayrılan oyuncaqlar (matryoşkalar, kürəciklər və s.)
Qurma üçün oyuncaqlar ( həndəsi formalardan ibarət mozaikalar)
Stolüstü çap oyunları (loto, cüt şəkillər və s.)
Bütün oyun növlərinin keçirilməsi şəraitlə bağlıdır. Bu məqsədlə oyunlar üçün kifayət qədər vaxt ayrılmalı, münasib, sakit və əlverişli şərait yaradılmalı, müxtəlif zəruri oyuncaqlar seçilməlidir.
Uşaqlar gün ərzində 3-4 dəfə oynamaq imkanına malik olurlar. Fasilələr zamanı tərbiyəçi oyun üçün şərait yaratmalıdır. Oyun üçün vaxtın seçilməsi mühüm məsələdir. Ən çox vaxt gəzintidə, günün ikinci yarısında bunada keçirilən oyunlar üçün ayrılır. Adətən həmin saatlarda süjetli-yaradıcı oyunlara geniş yer verilir, maraqlı tikililər qurulur.
Qruplar arasında maneçilik yaratmamaq məqsədilə hər qrupa otağın bir guşəsində oyunla məşğul olmaq üçün yer verilir. Oyuncaqlar növlər üzrə bütün qruplara verilir. Uşaqların oyunları yarımçıq qalıbsa, oyuncaqlar elə saxlanmalıdır ki, sabah oyunu davam etdirmək mümkün olsun.
Oyunu tımiz havada keçirmək daha yaxşıdır. Bu zaman uşaq sağlam və gümrah olur. Uşaqların hərtərəfli inkişafında misilsiz xidməti olan oyunar mütəşəkkil və keyfiyyətli keçirmək üçün bağça rəhbərləri, tərbiyəçilər imkan daxilində olan hər cür şəraiti yaratmalıdırlar.
Dostları ilə paylaş: |