Təhsil anlayışı. Təhsil- sistemləşdirilmiş bilik, bacarıq, təcrübə və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. Təhsil geniş anlayışdır. Onun bütün növləri və formaları bu anlayışda cəmləşir.
İnkişaf- insanın orqanizmində kəmiyyət və keyfiyyət dəyişiklikləri prosesi və onun nəticəsidir. Şəxsiyyətin inkişafı obyektiv aləmin mürəkkəb prosesidir.
Pedaqoji proses – təlim, tərbiyəvə təhsilin, habelə bunlarla əlaqədar olan inkişafın vəhdəti nəzərdə tutulur.
Məktəbəqədər pedaqogika tərbiyə və təlimin məzmunu və metodikası ilə əlaqədar elmi-texniki biliklərin müəyyən sahələri ilə də münasibətdə olur. Məktəbəqədər pedaqogikanın daha sıx əlaqədə olduğu elmlər sırasına psixologiya, insan anatomiyası və fiziologiyası, etika, estetika və məktəb gigiyenası da daxildir.
Psixologiya– xüsusi pedaqoji psixologiya müxtəlif yaş dövrlərində uşaqların psixi fəaliyyətinin inkişaf qanunlarını öyrənib müəyyən edir.